Modern.az

CNN Assoşieyted Pressdən imtina edib

CNN Assoşieyted Pressdən imtina edib

24 İyun 2010, 10:16

Dünyanın ən böyük telekanalı olan CNN teleşirkəti Assoşieyted Press (AP) informasiya agentliyi ilə əməkdaşlıqdan imtina edib. CNN-in rəhbərliyi AP ilə lisenziya sazişinin iyunun sonunda bitən müddətini uzatmamaq qərarına gəlib. Bununla da gələn aydan CNN informasiya proqramlarında AP-nin xəbərlərindən istifadə etməyəcək. CNN-in prezidenti Cim Uolton məsələyə ünasibət bildirərkən deyib ki, agentlik ilə əməkdaşlığa son qoyulması teleşirkətin öz informasiya məkanının genişləndirilməsi prosesi ilə bağlıdır. İndi CNN, əsasən, məxsusi materiallarına istinad edəcək. Bundan əlavə, teleşirkətə informasiyanı AP-nin başlıca rəqibi Röyter verəcək. Teleşirkətin prezidentinin əməkdaşlara göndərdiyi məktubda deyilir ki, kənar informasiya mənbələrindən imtina etməklə CNN öz layihələrinə sərmayə qoyuluşunu artıra bilər. Tezliklə teleşirkət təcili xəbərlər üçün ayrıca servis, habelə əməkdaşların informasiya axını ilə işləməsini asanlaşdıracaq “Şare” platformasını işə salacaq. Assoşieyted Press agentliyinin nümayəndəsi Pol Kolford CNN-in auditoriyasının AP-nin materiallarından xəbərsiz olacağından təəssüfləndiyini bildirib. CNN-in nümayəndəsi Naycel Pritçerd isə əlavə edib ki, AP-nin əməkdaşlığın müddətinin uzadılmasına dair irəli sürdüyü şərtlər onları razı salmayıb. Qeyd edək ki, Assoşieyted Press AFR, Röter və Bloomberg ilə yanaşı dünyanın 4 aparıcı xəbər agentlikləri sırasındadır. AP yarandığı 1980-ci ildən CNN ilə əməkdaşlıq edirdi. Bir qədər əvvəl “Google News” da AP ilə əməkdaşlıqdan imtina etmişdi. Bəzi məlumatlara görə, o zaman da tərəflər yeni müqavilənin şərtləri ilə razılaşmamışdılar.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir