Modern.az

“Elmlər Akademiyası” metrostansiyasının 2-ci çıxışı bu il istifadəyə veriləcək

“Elmlər Akademiyası” metrostansiyasının 2-ci çıxışı bu il istifadəyə veriləcək

2 İyun 2014, 11:29

  “Elmlər Akademiyası” metro stansiyasında ikinci çıxışın inşası ilə bağlı tikinti işləri yekunlaşmaq üzrədir”. Bunu Modern.az-a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. Uzun müddətdir  Bakı Dövlət Universitetinə gedən yol da bağlanıb, tələblərin, nəqliyyatın həmin ərazidən gediş-gəlişinə ciddi mane yaranıb. Nəsimi Paşayev tikinti işlərinin nə vaxt bitəcəyinə də aydınlıq gətirib:
“Bütün bir çıxışlı metro stansiyalarının iki çıxışlı edilməsi ilə bağlı plan var. “Elmlər Akademiyası” metro stansiyasında da bir çıxış var. “28 May” stansiyasında ikinci çıxışın inşası başa çatıb. İndi isə “Elmlər Akademiyası”nda inşa olunur. İnşallah, bu il ərzində layihəni tam bitirib istifadəyə verəcəyik”. 

Ayşən Mönsümlü  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir