Modern.az

AzərTAc yeni doqquzmərtəbəli binaya köçəcək-ÖZƏL

AzərTAc yeni doqquzmərtəbəli binaya köçəcək-ÖZƏL

2 İyun 2014, 12:04


“AzərTAc üçün dövlət tərəfindən Dərnəgüldə inşa olunan binanın tikinti işləri davam edir. Tikinti prosesi sadə məsələ deyil. Artıq 8-ci mərtəbə inşa olunur, baş panel hissələri hörülür”.

Bunu Modern.az-a açıqlamasında AzərTAc-ın baş direktorunun müavini Dağbəyi İsmayılov deyib. Onun sözlərinə görə bina 9 mərtəbəli olacaq: “Zirzəmi ilə birlikdə doqquzmərtəbəli bina olacaq. İnşallah işlər tamamlananda köçəcəyik. Biz hazırda da dövlət tərəfindən maliyyələşdirilən “Nizami” kinoteatrının yanındakı əkiz binada fəaliyyət göstəririk”.

Misranə Həsənzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir