Modern.az

Azərbaycanda kimlər yoxsul sayılır? - EKSPERT: "Allah məmurlarımızı da bu pula möhtac qoysun”

Azərbaycanda kimlər yoxsul sayılır? - EKSPERT: "Allah məmurlarımızı da bu pula möhtac qoysun”

İqtisadiyyat

2 İyun 2014, 12:36

“Yoxsulluq həddi" göstəricisi Azərbaycanda uzun müddətdi mübahisə və müzakirə doğuran sosial göstəricilərdən biridir. Hökumətin bütün hesabatlarında qeyd olunur ki, 10 il ərzində yoxsulluğun səviyyəsi 49%-dən 5%-ə enib.

Modern.az saytının xəbərinə görə, iqtisadçı ekspert Rövşən Ağayev isə bununla razı deyil “Haqlı olaraq sual meydana çıxır: inkişaf etmiş ölkələrdə, eləcə də Baltik və Şərqi Avropanın qabaqcıl ölklərində yoxsulluq səviyyəsi 10-20% intervalında dəyişdiyi halda, qeyri-rəsmi işsizliyin tüğyan etdiyi, aşağı və təsadüfi gəlirli iş yerlərinin əmək bazarında üstünlük təşkil elədiyi Azərbaycanda doğurdanmı yoxsulların sayı əhalinin ümumi sayına nisbətən götürülsə, həmin ölkələrlə müqayisədə bir neçə dəfə aşağıdır?
Belə deyil və əsas məsələ milli qanunvericiliyin "yoxsul kimdir" sualına verdiyi cavabdır. Həm də əsas məsələrdən biri yoxsulluğu kimin ölçməsindədi” - deyə ekspert vurğulayıb.

R.Ağayev deyir ki, Azərbaycan qanunvericiliyinə görə, rəsmi təsdqilənən yaşayış minimumundan aşağı gəlirə malik olan insan yoxsul hesab olunur. 2014-cü ildə həmin göstəricinin məbləği 125 manatdır. Bu məbləğlə vətəndaş həm özününün minimum qida təminatını, həm kommunal xidmətlərə (qaz, su, elektrik və s.), həm sosial xidmətlərə (təhsil, səhiyyə, istirahət və s.) olan tələbatını ödəməli, həm də çılpaq qalmamalıdır.



“Bu məbləğin bizim minimum ehtiyaclarımızı nə dərəcədə qarşıladığını buraxaq hökumətin insafına. Leksikonumda qarğış olmasa da, bu dəfə məmurlarımızın bu pula möhtac qalmasını ürəkdən arzulamadan keçə bilmirəm. Məsələni aydınlaşdırmaq üçün bəzi arqumentlərə diqqət yetirməkdə fayda var:

1. Azərbaycanda ərzaq səbətində nəzərdə tutulan minimum qida və xidmət normaları 3-cü dünya ölkələrinin səviyyəsinə uyğundur. Hökumət bu normaları hətta keçid ölkələrinin səviyyəsinə çatdırsa, yaşayış minimumunun dəyəri azı 50% artaraq 200 manata çatacaq;

2. Yoxsulluğun ölçülməsi üsuluna yanaşma dəyişməli. Türkiyə və Avropa Birliyi ölkələrinin nümunəsi maraqlıdı. Türkiyədə "aclıq həddi" və "yoxsulluq həddi" rəsmi olaraq ayrıca hesablanır. Hazırda Türkiyədə 4 nəfərlik ailə üçün aylıq 480 manat (1157 lirə) "aclıq həddi" (bir nəfər üçün 120 manat), aylıq 1450 manat (3557 lirə) "yoxsulluq həddi" (bir nəfər üçün 355 manat) müəyyən olunub. "Aclıq həddi" hesab olunan məbləğ yalnız qida məhsullarının istehlakı, "yoxsulluq həddi" isə həmçinin xidmət və geyim istehlakı üçün müəyyən edilib. Diqqət edin, Türkiyədə "aclıq həddi", bizim "yoxsulluq həddi"nə uyğundur. Halbuki, Türkiyədə xidmətlər istisna olmaqla istər qida, istərsə də geyim bizdən baha deyil ki, ucuzdur

3. AB ölkələrində mütləq yoxsulluq həddi xərclərə görə deyil, gəlirlərə görə müəyyən edilir. Hazırda Avropada median gəlirlərin 60%-dən aşağı gəlirə malik insanlar yoxsul hesab edilir. İqtisadi nəzəriyyədə median gəlirlər orta gəlirlərin o səviyyəsidir ki, insanların daha çox hissəsinin (məsələn, yarısından çoxunun) gəlirl səviyyəsi həmin nöqtə ətrafında formalaşır”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır