Modern.az

TQDK abituriyentlərə müraciət etdi

TQDK abituriyentlərə müraciət etdi

24 İyun 2010, 11:45

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) attestatların artıq verildiyini nəzərə alaraq abituriyentlərə müraciət ünvanlayıb. Cari ildə attestat alan hər bir abituriyent (ümumi təhsil müəssisələrini 2010-cu ildə bitirən abituriyentlər və ümumi təhsil müəssisələrini əvvəlki illərdə bitirib attestat ala bilməyən, lakin cari ildə buraxılış imtahanına buraxılan abituriyentlər) müəyyən edilmiş vaxtda “İmtahana buraxılış vərəqə”sini əldə etmək üçün təhsil haqqında sənədinin seriyasını, nömrəsini və verilmə tarixini, fənlər üzrə attestat qiymətlərini elektron ərizəsinə daxil etməli, attestatı elektron ərizəsini təsdiq etdirdiyi Sənəd Qəbulu Komissiyasına (Sənəd Qəbulu Komissiyalarının siyahısı əlavə edilir) təqdim edib attestatda əks olunmuş məlumatları təsdiq etdirməlidir. 

Yalnız bundan sonra bu abituriyentlər müəyyən edilmiş vaxtda “İmtahana buraxılış vərəqə”sini çap edə biləcəklər. 

Sənəd Qəbulu Komissiyalarının siyahısı 

-Ümumi təhsil müəssisələrini 2010-cu ildə bitirən abituriyentlər: Bakı şəhəri: Binəqədi rayonu 83 saylı məktəb (İ.Dadaşov küç. 91, tel.: 561-63-66); Binəqədi rayonu 115 saylı məktəb (Azadlıq prospekti 183, tel.: 569-04-94); Binəqədi rayonu 297 saylı məktəb (Y. Hüseynov küç. 7-ci döngə, tel.: 406-69-84,406-29-97); Xətai rayonu 95 saylı məktəb (Qaçaq Nəbi küç. 13, tel.: 375-18-33, 570-51-06) ; Xətai rayonu 58 saylı məktəb (A.Novruzov küç. 31, tel.: 424-82-35, 424-83-56); Xətai rayonu 249 saylı məktəb (Gəncə prospekti 14, tel.: 579-37-06, 471-20-60); Nəsimi rayonu 19 saylı məktəb (A.Mustafayev küç. 20, tel.: 569-62-71); Nəsimi rayonu 46 saylı məktəb (Bülbül prospekti 36, tel.:495-84-82) Səbail rayonu 190 saylı məktəb (N. Rəfibəyli küç. 8, tel.: 492-48-74); Səbail rayonu 49 saylı məktəb (A. Nəsirov küç. 5, tel.: 491-23-77, 491-55-49); Sabunçu rayonu 107 saylı məktəb (Bakıxanov qəs., M.Gəncəvi küç. 14, tel.: 425-49-97, 425-02-78); Sabunçu rayonu 75 saylı məktəb (Zabrat qəs., Əzizbəyov küç. 1, tel.:550-24-05); Qaradağ rayonu 139 saylı məktəb (Lökbatan qəs. N.Gəncəvi küç. 1, tel.: 445-21-93); Əzizbəyov rayonu 136 saylı məktəb (Binə qəs. H. Hasilov küç.,1, tel.: 456-25-35); Nizami rayonu 210 saylı məktəb (Q.Qarayev küç. 73 “b”, tel.:421-64-48, 421-90-37); Nizami rayonu 250 saylı məktəb (B. Nuriyev küç. 45, tel:374-08-41, 374-62-97); Nərimanov rayonu 47 saylı məktəb (Azadlıq prospekti, 139, tel.: 440-93-01, 440-96-25); Nərimanov rayonu 178 saylı məktəb (A. Heydərov küç. 26-A, tel.: 567-54-28, 567-82-43); Yasamal rayonu 158 saylı məktəb (A. Abbasov küç.,6, tel.: 432-50-96, 432-64-13); Yasamal rayonu 225 saylı məktəb (Ə.Ələkbərov küç. 507/511 məhəllə, tel.: 438-11-84, 438‑31-61); Suraxanı rayonu 85 saylı məktəb (Suraxanı qəs. 5-ci mədən, X. Ələkbərov küç. 18, tel.: 452-14-07); Suraxanı rayonu 104 saylı məktəb (Qaraçuxur qəs. C. Qurbanov küç. 3, tel.: 427-60-02). Digər rayonlar (şəhərlər): Rayon (Şəhər) Təhsil Şöbələri; -Ümumi təhsil müəssisələrini əvvəlki illərdə bitirən abituriyentlər, ali, orta ixtisas təhsili müəssisələrinin məzunları və ümumi təhsil müəssisələrini əvvəlki illərdə bitirib attestat ala bilməyən, lakin cari ildə buraxılış imtahanına buraxılan abituriyentlər:  

Bakı Dövlət Universiteti (Bakı ş., Z.Xəlilov küç., 23); Azərbaycan Texniki Universiteti (Bakı ş., H.Cavid pr., 25); Azərbaycan Dövlət Pedaqoji Universiteti (Bakı ş., Ü.Hacıbəyov küç. 34); Azərbaycan Dillər Universiteti (Bakı ş., R.Behbudov küç. 60); Azərbaycan Turizm İnstitutu (Bakı ş., Koroğlu Rəhimov küç. 822-823-cü məhəllə); Qafqaz Universiteti (Sumqayıt şossesi 16-cı km); Xəzər Universiteti (Bakı ş., Məhsəti küç.,11); “Azərbaycan” Universiteti (Bakı ş., Nəsimi r-nu, 3-cü mkr. dairəsi, R.Səfərov 17); Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə ş., Atatürk pr., 262); Gəncə Dövlət Universiteti (Gəncə ş., Ə.Cəmil küç. 1); Azərbaycan Texnologiya Universiteti (Gəncə ş., H.Əliyev pr., 103); TQDK-nın Naxçıvan MR Regional Bölməsi (Naxçıvan ş., Nizami küç. 10); Sumqayıt Dövlət Universiteti (Sumqayıt ş., 43-cü məhəllə); Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialı (Sumqayıt ş., 16-cı məhəllə, 38”a”); Lənkəran Dövlət Universiteti (Lənkəran ş., H.Aslanov küç. 50); Mingəçevir Politexnik İnstitutu (Mingəçevir ş., D.Əliyeva küç. 21); Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı (Mingəçevir ş., H.Əliyev pr. 51); Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı (Şəki r-nu., M.Rəsulzadə pr., 305); Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı (Qazax r-nu., H.Əliyev pr., 150); Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialı (Ağcabədi r-nu., M.Rəsulzadə pr., 210); Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialı (Cəlilabad r-nu., M.Hüseyn küç. 20); Azərbaycan Müəllimlər İnstitutunun Quba filialı (Quba r-nu., Fətəlixan küç. 4); Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialı (Salyan r-nu., B.Talıblı küç. 1); Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialı (Şamaxı r-nu., Şəhriyar qəs., Azadlıq küç. 1); Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialı (Zaqatala r-nu., Əzizbəyov küç. 4). -16 yaşı 2010-cu il aprelin 30-dək tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları: Azərbaycan Müəllimlər İnstitutu (Bakı ş., K.Rəhimov küç., 874-cü məhəllə); - Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər:

TQDK; Qazax Rayon Təhsil Şöbəsi (Gürcüstan Respublikasında yaşayan azərbaycanlılar üçün); Qusar Rayon Təhsil Şöbəsi (Rusiya Federa­siyası Dağıstan Respublikasında yaşayan azərbaycanlılar üçün). -Xüsusi təyinatlı ali təhsil müəssisələrinə ərizə vermiş abituriyentlər:  Müvafiq xüsusi təyinatlı ali təhsil müəssisələri.  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?