Modern.az

YAP Qadınlar Şurasının İdarə Heyətindəki 24 tanınmış xanım - SİYAHI

YAP Qadınlar Şurasının İdarə Heyətindəki 24 tanınmış xanım - SİYAHI

4 İyun 2014, 01:28

Bir neçə gün öncə hakim Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının ümumrespublika konfransı keçirildi. Konfransda YAP Qadınlar Şurasının idarə heyətinin üzvləri, sədri və sədr müavinləri, şura üzvləri seçildi.
Modern.az saytı YAP-ın Qadınlar Şurasının İdarə Heyətində kimlərin təmsil olnduğunu diqqətə çatdırır:

1. Əliyeva Mehriban Arif qızı - Heydər Əliyev Fondunun Prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin müavini, Milli Məclisin deputatı

2. Abasquliyeva Mehriban Adil qızı - Yeni Azərbaycan Partiyası Sabunçu rayon  təşkilatının sədri

3. Abbaszadə Məleykə Mehdi qızı - Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin sədri

4. Əbülhəsənova Səriyyə Həmzə qızı - 13 saylı mənzil istismar sahəsinin rəisi

5. Əliyeva Nurlana Müzəffər qızı - Yeni Azərbaycan Partiyası İdarə Heyətinin  üzvü, Azərbaycan Dövlət Pedaqoji  Kollecin direktoru, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri

6. Əliyeva Rəfiqə Əlirza qızı - Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü                              

7. Əliyeva Rəna Qurban qızı - Azərbaycan Tibb  Universitetinin Uşaq Stomatologiyası kafedrasının müdiri, professor

8. Fətəliyeva  Sevinc Həbib qızı - Milli Məclisin deputatı

9. Heydərova Ruhəngiz Muxtar qızı - SEBA (Seul-Bakı) Azərbaycan - Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri

10. Hüseynova Hicran Kamran qızı - Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

11. Hüseynova İradə Mehdiqulu qızı - Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, BDU-da kafedra müdiri, professor

12. Hüseynova Sevinc Əmirəhməd qızı - Milli Məclisin deputatı

13. İbrahimqızı Məlahət İbrahim qızı - Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri

14. İbrahimova Məhəbbət Eyvazəli qızı - Yeni Azərbaycan Partiyası Nərimanov rayon  təşkilatının Qadınlar Şurasının sədri

15. Qəhrəmanova Sədaqət Məmmədyar qızı - Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini

16. Quliyeva Zərifə Rzaqulu qızı - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gözəllik Mərkəzinin  direktoru 

17. Məmmədova Gülçöhrə Hüseyn qızı - Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı

18. Muradova Bahar Əvəz qızı - Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini

19. Naxçıvanlı Aqiyə Həbib qızı - Azərbaycan Müəllimlər İnstitutunun rektoru, Milli Məclisin deputatı

20. Seyidbəyova  Leyla Fərrux qızı - Mərkəzi  Neftçilər Xəstəxanasının Baş direktoru

21. Seyidova Ramilə Mirabbas qızı - Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

22. Seyidzadə Dilarə Bağır qızı - Azərbaycan Respublikası Prezidentinin  Katibliyinin rəisi - Prezidentin köməkçisi

23. Sofiyeva Aynur Məmmədiyyə qızı - Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini

24. Vəliyeva Sədaqət Süleyman qızı - Yeni Azərbaycan Partiyası Nizami rayon  təşkilatının sədri, Milli Məclisin deputatı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?