Modern.az

Azay Quliyev: “QHT-lər keçmiş problemlərdən ibrət götürməlidirlər”

Azay Quliyev: “QHT-lər keçmiş problemlərdən ibrət götürməlidirlər”

24 İyun 2010, 16:22

Prezident yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Vətəndaş Cəmiyyətinə Dəstək  Koalisiyasının təşəbbusu ilə keçirilən tədbirdə junalistlərin suallarını cavablandırıb.

- Bu tədbirdə məqsəd parlament seçkilərində Vətəndaş Cəmiyyəti üzvlərinin iştrakı məsələsini muzakirə etmək idi. Biz də Prezident yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası olaraq bu muraciətlərə musbət yanaşdıq və tədbir baş tutdu. Hesab edirəm ki, ölkədə kifayət qədər hüquqi və demokratik muhit var. İstənilən vətəndaş, istənilən vətəndaş birliyi bu və ya digər platforma ilə bağlı öz fikirlərini bildirə, tədbirlərdə sərbəst şəkildə iştrak edə bilərlər. Noyabır ayının 7-də keçiriləcək parlament seçkiləri ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir və burda QHT-lərin görə biləcəyti işlər çoxdur. İlk növbədə bu işlərin sırasına seçicilərin maarifləndirilməsini aid etməliyik. Qanunvericiliyin izah olunması, doğru, dürust şəkildə vətəndaşlara çatdırılması QHT-lər üçün xüsüsi önəm daşıyır. QHT-lər bu istiqamətdə bütun bilik və bacarıqlartını səfərbər etməlidirlər. Digər tərəfdən, QHT-lər bu prosesdə öz töfhəsini verməlidir. Onlar bütün məsələlərdə obyektivlik nümaiş etdirməlidirlər. Mən umid edirəm ki, bu iki muhum vəzifə və missiya QHT-lər üçün aparıcı bir vəzifə olacaq və Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası indiyə qədər olduğu kimi, bundan sonra da bu cür təşəbbuslərə dəstək verəcək. Bu gun həm də biz növbəti qrant musabiqəsi elan etmişik. Burada məbləğlər kifayət qədər çox olmasa da, bu cür təşəbbuslərə xususi önəm veriləcək. Bu da cənab Prezidentin QHT-lərlə bağlı siyasətinin tərkib hissəsidir. QHT-ləri ümummilli məsələlərdə yaxından iştrak etməyə dəvət etmək təşəbbüsüdür. Bütövlükdə iştimai əhəmiyyətli problemin həllinə QHT-lərin gücundən, imkanından potensialından faydalanmaq niyyətidir. Hesab edirəm ki, dövlətimizin bu xoş niyyəti QHT-lər tərəfindən adekvat olaraq qarşılanır və qarşılanmalıdır da. QHT-lər məhz öz potensialını və imkanlarını bu istiqamətdə səfərbər etməlidir.

- Azərbaycanda seçicilərin maarifəlndurulməsinə böyük ehtiyac var. QHT-lərə Dövlət Dəstəyi Şurasının bu istiqamətə ayırdığı vəsait nə qədərdir?

-  Umumiyyətlə, son bir ildə onlarla bu cür layihəni maliyyələşdirmişik. Söhbət seçicilərin maarifləndirilməsi ilə yanaşı ölkədə demokratikləşmə prosesinin inkşafına təkan verməkdən gedir. Burada QHT-lər ən müxtəlif təşəbbuslərlə çıxış ediblər. Bu təşəbbuslər istər Bakı şəhərində, istərsə də ayrı-ayrı regionlarda həyata keçirilir. Eyni zamanda Azərbaycandan kənarda bu günkü təşəbbuslərə də biz dəstək vermişik. Bu daha çox Qarabağ problemi ilə bağlıdır. Çünki bizim bir nömrəli problemimiz Dağlıq Qarabağ məsələsi, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır və düşünürəm ki, hər bir vətəndaş bütün fəaliyyətində öz missiyasını buna yönəltməlidir. Prezidentin təsdiq etdiyi QHT-lərə Dövlət Dəstəyi konsepsiyasında dövlətin prioritet hesab etdiyi sahələr müəyyənləşib. Burada demokratikləşmə, maarifləndirmə işi xususi önəm daşıyır. Məbləğ 100 min manat həcmindədir.

- Sizcə, bu, kiçik rəqəm deyil ki?

- Bilirsiniz, bizim ehtiyaclarımız həddindən artıq çoxdur. Bu barədə Maliyyə Nazirliyinə muvafiq təkliflər göndərmişik. Düşunurəm ki, növbəti ildə Şuranın ən azı 5-10 milyon arasında büdcəsi olmalıdır. Çunki həqiqətən çoxlu sayda maraqlı təşəbbüslər və ideyalar gəlir, təəssuflər olsun ki, biz onların hamısının maliyyələşdirmək iqtidarında deyilik. Ayırdığımız maliyyə o ideyanın və təşəbbüsün tam şəkildə həyata keçirilməsinə şərait yaratmır. Əsas məsələ prosesin başlanması, dövlətin QHT-lərə ilk dəfə maliyyə yardımı etmək siyasətidir. Əsas məsələ ayrı-seçkilik qoymadan, siyasi baxışlarına, dunyagörüşunə, yaxud da iqtidara, muxalifətə münasibətinə  məhəl qoymadan yalnız və yalnız əsaslandırılmış və ictimai əhəmiyətli layihələrin dəstəklənməsinə təkan verilməsidir. Buna başlanılması çox muhum hadisədir. Hesab edirəm ki, gələcəkdə dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitlərin həcmi artacaq. Azərbaycanın iqtisadi imkanları, bugünkü inkşafı tam şəkildə şərait yaradır ki, bu büdcə növbəti illərdə bir neçə dəfə artırılsın. Mən inanıram ki, bu belə də olacaq.

- Azay müəllim, parlament seçkilərində ekzit-pollun keçirilməsi mümkündurmu?

- Təbii mümkündür. 2005- ci ildə də bu olub. İndi də bu edilə bilər. Bu gun bizim həmkarlarımızdan xahişimiz odur ki, obyektivliyi qorusunlar. Hər hansı bir kənar tərəfin arzusuna, istəyinə, diqtəsinə uyğun olaraq siyasi qərəzlilik təşkil olunmasın. QHT-lər tərəfsiz olmalıdır, öz fəaliyyətlərində o qədər ictimai etimada sahib olmalıdırlar ki, onu butun tərəflər qəbul etsin. Ancaq dövlətin maraqlarını kənara qoyub hər hansı bir qüvvənin maraqlarını ifadə edirsənsə və yaxud hər hansı  bir siyasi partiyanın sözçusü qismində çıxış edirsənsə, bu ikili şəkildə inam və etimadı zədələyir və bu prosesə mənfi təsir göstərər. Biz çalışmalıyıq ki, ictimai etimadı əldə edək, bu bütün dunyada belədir. Şərqi Avropa, Qərbi Avropa ölkələrində bu problem bir nömrəli məsələ olaraq qalır. Ekzit-pollu hansı təşkilat keçirir, sorğuları kim keçirir və bu nə qədər tərəfsizdir? Bu tərəfsizliyi, obyektivliyi qorumaq üçun bizim QHT-lər xeyli işlər görməlidir. Keçən müddət ərzində bu sahədə ciddi problemlər olub. Bundan QHT-lər müəyyən ibrət dərsi  almalıdır.

 

Mail AĞAXANOV

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir