Modern.az

Deputatlar Cümşüd Nuriyevin dediklərini gülüşlə qarşılayıblar

Deputatlar Cümşüd Nuriyevin dediklərini gülüşlə qarşılayıblar

Parlament

24 İyun 2010, 16:36

Mətbuata müxtəlif məsələlərlə bağlı ekspert qismində danışan sabiq deputat Cümşüd Nuriyev növbəti açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvlərini səriştəsizlikdə ittiham edib. Onun iradları adı çəkilən komitənin üzvləri tərəfindən gülünclə qarşılanıb. İqtisadi siyasət komitəsinin üzvü Nazim Məmmədov ötən gün Modern.az-a bildirmişdi ki, belə açıqlamalara çox da dərindən münasibət bildirməyi lüzumsuz hesab edir. C.Nuriyevi diqqətcil olmağa çağıran N.Məmmədov “bizim komitəyə qarşı Cümşüd Nuriyev fikrində olan istənilən şəxsə master-klass keçməyə hazıram” demişdi. Modern.az bununla bağlı İqtisadi siyasət komitəsinin digər üzvlərilə də əlaqə saxlayıb. Deputat Əli Məsimli bu barədə geniş danışmağı əhəmiyyətsiz sayıb. Deyib ki, C.Nuriyevin səviyyəsi Ə.Məsimlinin fəaliyyətinə qiymət verməyə çatmır.   İqtisadi siyasət komitəsinin o biri üzvü Vahid Əhmədov da Cümşüd Nuriyevin dediklərinə cavab verməyə ehtiyac duymayıb.

Modern.az

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı