Modern.az

Azərbaycanın millət vəkili erməni deputata cavab verib

Azərbaycanın millət vəkili erməni deputata cavab verib

25 İyun 2010, 10:28

“Azəbaycana qarşı ittihamlar səsləndirməkdənsə, Ermənistan nümayəndə heyəti ölkələrindəki vəziyyəti düzəltməklə məşğul olsalar daha yaxşıdır”. Modern.az-ın məlumatına görə, bu fikirləri AŞ PA-nın yay sessiyasının dördüncü iş günü qurumun Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel ve Cozef Debono Qrexin hazırladıqları 12270 saylı "Azərbaycanda demokratik institutların fəaliyyəti" adlı hesabatın müzakirəsi zamanı Azərbaycanın nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Ermənistandan və Fransadan olan deputatların çıxışlarına cavabında deyib.

Qənirə Paşayeva Ermənistandan və Fransadan olan deputatların haqsız tənqid və ittihamlarına cavab verib. Belə ki, fransalı deputat Rene Ruke çıxışı zamanı Azərbaycanı tənqid etməklə yanaşı, Fransa parlamentinin bir neçə deputatının Dağıq Qarabağa səfərinə haqq qazandırıb, Azərbaycan hökumətinin bu məsələ ilə bağlı reaksiyasını pisləyib.

Q. Paşayeva isə öz növbəsində belə hörmətsizliyin Azərbaycan tərəfindən Fransaya qarşı olacağı halda, Fransanın buna necə reaksiya verəcəyini sual edib.

"Mən sizə bir sual vermək istəyirəm. Bir Azərbaycan vətəndaşı Fransaya vizası olmadan və ya qanunsuz şəkildə onun hər hansı bir bölgəsinə gedə bilərmi və orada Fransanın ərazi bütövlüyünün əleyhinə bəyanatlar səsləndirsə buna Fransa rəsmilərinin reaksiyası necə olacaq. Fransa və AŞ PA Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Təbii ki, Azərbaycan dövlətinin razılığı və icazəsi olmadan onun işğal atında olan bölgələrinə gedən və Azərbaycanın ərazi bütövlüyünün əleyhinə bəyanatlar səsləndirən şəxslər kim olursa-osun, Azərbaycan dövləti və onun rəsmilərinin reaksiyası çox mənfib olacaq. Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Mən sizə ən azı öz ölkənizin qərarlarına, rəsmi mövqeyinə hörmətlə yanaşmağı tövsiyə edirəm", - Paşayeva bildirib.

Ermənistanın nümayəndə heyətin üzvü Armen Rüstəmyanın Azərbaycanı Dağlıq Qarabağ münaqişəsində ittiham edən, Azərbaycanın guya bir neçə gün əvvəl atəşkəs rejimini pozaraq Ermənistan və erməni  silahlı qüvvələrinə hücum etməsi, gərginliyin artırılması ilə bağlı kəskin ittihamlarına da cavab verib.

"Çox təəssüf ki, Ermənistan nümayəndə heyətinin üzvü Assambleyaya ölkəmlə bağlı çox yanlış məlumatlar verdi. Ermənistandan başqa bütün ölkələr, BMT və AŞ-də daxil olmaqla bütün beynəlxalq təşkialtlar Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. AŞ PA-nın qəbul etdiyi 1416 saylı qətnamədə vurğulanır ki, Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal edib və 1 milyon azərbaycanlını qaçqın və məcburi köçkünə çevirib. Erməni deputat burada tamamilə yanlış məlumatlar verir. Armen Rustamyanın dediyi bölgələr Azərbaycan torpaqlarıdır. Axı erməni silahlı qüvvələrinin həmin bölgələrdə nə işi var? Bu suala cavab verə bilməz. Çünki Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarını işğal edib və işğal etdiyi ərazilərdə hərbi qüvvələrini yerləşdirib.Bu hərbi qüvvələr atəşkəs rejimini mütəmadi olaraq pozmaqla məşğuldur. Hər kəs bilməlidir ki, Ermənistan bu gün bölgədə vəziyyəti gərginləşdirməklə məşğuldur"-millət vəkili vurğulayıb.

Millət vəkili Ermənistan nümayəndə heyətinin üzvü Hermina Naqdalyanın Azərbaycanda insan haqları ilə bağlı qərəzli ittihamlarına da münasibət bildirib.

"Müasir dünyanın gözü qarşısında Azərbaycan torpaqlarının 20 faizini işğal edən, 1 milyon azərbaycanlını qaçqın və məcburi köçkünə çevirən, minlərlə dinc azərbaycanlını qətlə yetirən, Xocalı şəhərində dinc insanlara qarşı soyqırım törədən, bü gün də onlarla azərbaycanlını əsir və girov saxlayan  bir ölkənin rəsmi nümayəndəsinin insan haqlarından, demokratiyadan danışmaq haqqı varmı? Təbii ki, yoxdur. Ermənistan nümayəndə heyəti AŞ PA-nın Ermənistanda demokratiyanın vəziyyəti və insan haqları ilə bağlı qətnamələrini diqqətlə oxusa yaxşıdır.  Ermənistanda bu sahədə vəziyyətin nə səviyyədə olduğunu bilirik. Ona görə də onlar Azəbaycana qarşı ittiham səsləndirməkdənsə, ölkələrindəki vəziyyəti düzəltməklə məşğul olsalar daha yaxşıdır", - Paşayeva qeyd edib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi