Modern.az

Milli Məclis mətbuatı yanlışlığa yol verməkdə qınayıb

Milli Məclis mətbuatı yanlışlığa yol verməkdə qınayıb

25 İyun 2010, 11:59

Modern.az xəbər verir ki, Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, son vaxtlar bəzi kütləvi informasiya vasitələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının “İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” qanuna  istinad edilərkən yanlışlıqlara yol verilir. “Belə ki, qanunda nəzərdə tutulmadığı halda qeyd edirlər ki, guya avtobusların və minik avtomobillərinin arxa yan şüşələrinə pərdə və ya plyonka vurula bilər. Bu tam yanlış fikirdir.  Belə bir hal qanunda nəzərdə tutulmamışdır”. Mətbuat xidməti bildirib ki, əslində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə  dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 2010-cu il iyunun 22-də qəbul  etdiyi Azərbaycan Respublikasının Qanunu ilə “Yol hərəkəti haqqında” Qanunun “Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların siyahısı”nı əks etdirən 1 saylı Əlavəsinin VII bölməsinin 3-cü bəndinə aid Qeydin üçüncü cümləsində dəyişikliklər edilib. Dəyişikliklərdən sonra həmin cümlə bu cür səslənir: “Hər iki  tərəfdə  arxanı   göstərən   xarici   güzgülər   olduqda  avtobusun pəncərələrindən  pərdə  asmağa,  eləcə  də  minik  avtomobillərinin  arxa şüşələrinə örtük (plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir”. "Nəqliyyat vasitələri sürücülərinin nəzərinə çatdırırıq ki, cümlədəki “arxa şüşələrinə” sözləri minik avtomobilinin yalnız arxa şüşəsini ifadə edir. Burada yan şüşələrdən söhbət getmir".

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu