Modern.az

Türkiyəli nazir Turqut Özalın şübhəli ölümündən danışıb

Türkiyəli nazir Turqut Özalın şübhəli ölümündən danışıb

27 İyun 2010, 17:26

Türkiyənin ədliyyə naziri Sadullah Ergin sabiq baş nazir Turqut Özalın ölümünün şübhəli olmasaı ilə bağlı sensasion bəyanatla çıxış edib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki,  nazir Turqut Özalın vəfat etdiyi 1993-cü ilin 90-cı illərin ən qaranlıq ili olduğunu deyib. O, Özalın şübhəli ölümü və daha sonra Əşrəf Bitlisin şübhəli bir avtomobil  qəzasında həlak olması və Üğur Mumçunun qətlə yetirilməsinin eyni  bir ildə baş verməsinin təsadüfi olmadığın söyləyib.

Ergin 70-ci illərdə ölkənin siyasi və sosial xaosa sürükləndiyini, ölkədə hökumət böhranlarının bir-birini əzəz etdiyini, terror aktları və qətliamların baş verdiyini xatırladıb. Onun sözlərinə görə, o illərdə eyni bir silah səhərlər sağçıyı, axşamlar isə solçuyu vururdu. Bu illərdə ən qanlı terror olayları gerçəkləşirdi. Siyasi sui-qəsdlər baş verirdi. 12 sentyabr hərbi çevrilişi də bu illərdə baş verdi.

Onun sözlərinə görə, Kənan Evrənin istefasından sonra Turqut Özalın hökumət  başçısı seçilməsi bir sıra qaranlıq qüvvələri rahatsız etmişdi.

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir