Modern.az

Yay məktəbində treninqlər keçirilir

Yay məktəbində treninqlər keçirilir

28 İyun 2010, 14:42

Modern.az saytı xəbər veriri ki, Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ), Gənclər və İdman Nazirliyi və UNİCEF-in  təşkilatçılığı ilə Quba Olimpiya Kompleksində öz işinə başlayan “Sağlam Düşün, Sağlam Yaşa, Sağlam Ol!” adlı layihə çərçivəsində yeddi günlük yay məktəbi bu gün öz işini treninqlərlə  davam etdirib.

Treninqlər səkkiz mövzu üzrə beş qrupda keçirilir. Treninqin mövzuları bunlardır: Uşaq hüquqları, Sağlam həyat tərzi, Stress, Tolerantlıq və ayrıseçkilik, Liderlik, Münaqişə, Qarşılıqlı yardımlaşma, Erkən nigah və zorakılıq. Təlim qruplarına gəlincə, bunlar- Zirvə, Vətən, Xəzər, Şəfəq və Media qruplarıdır. Hər qrupda 22 uşaq və yeniyetmə, o cümlədən media qrupunda  15 nəfər uşaq və yeniyetmə təmsil olunur və təlimlərdə iştirak edir. Treninqlərin təlimçiləri Rəna Tahirova, Elmira Mirzəyeva, Nigar Zeynalova, Zərifə Rüstəmova, Babək Əlizadə, Fuad Dərgahlı və Bəhruz Kazımovdur.

Yay məktəbi iyulun 4-də başa çatacaq.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi