Modern.az

Şərqşünaslıq fakültəsinin tələbələri olimpiada qalibi olublar

Şərqşünaslıq fakültəsinin tələbələri olimpiada qalibi olublar

Mədəni̇yyət

30 İyun 2010, 14:31

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin bir qrup tələbəsi İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunmuş «Novruz-1» birinci fars dili və ədəbiyyatı olimpiadasında iştirak ediblər. BDU-nun Mətbuat və informasiya şöbəsinin rəhbəri Pərvanə İbrahimova Modern.az-a bildirb ki, fakültənin fars dili və ədəbiyyatını öyrənən tələbələr və həvəskar dinləyicilər arasında keçirilən «Novruz-1» olimpiadası 4 qrup üzrə 3 mərhələdən ibarət olub. Yarışmaya qatılan iştirakçıların bilikləri fars dilində imla, Novruz adlı inşa və Azərbaycan dilindən fars dilinə tərcümə ilə 3 səviyyədə yoxlanılıb. 

Olimpiadada universitetin tələbələri ilə yanaşı, “Xəzər” və Bakı İslam Universitetlərinin, eyni zamanda, Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Şəhriyar” adlı məktəbin tələbələri də iştirak ediblər. Müsabiqənin qalibi isə BDU-nun Şərqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi Həzrətəli Məmmədov olub. 2-ci yeri də BDU və digər universitetlərin tələbələri bölüşüblər. Müsabiqənin 17 nəfər qalibi 1 ay müddətində İran İslam Respublikasında olacaq, fars dili və ədəbiyyatını daha dərindən təkmilləşdirəcəklər.

Universitet tələbələrinin olimpiadada iştirakına və yüksək nəticə əldə etdiklərinə görə Mədəniyyət Mərkəzinin sədri İbrahim Nuri BDU-nun rektoru, akademik Abel Məhərrəmova təşəkkürünü bildirib, rektora gələcək elmi və şəxsi həyatında müvəffəqiyyətlər dinləyib. Qeyd edək ki, olimpiadanın münsiflər heyətində dosentlər - Tofiq Cahangirov, Əsmət Məmmədova, professor Təhminə Rüstəmova, Cavanşir Məmmədzadə və Aygün Əlizadə iştirak ediblər.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı