Modern.az

Yay Məktəbində gənc rejissorlar 1 dəqiqəlik filmlər hazırlayıblar

Yay Məktəbində gənc rejissorlar 1 dəqiqəlik filmlər hazırlayıblar

Qarabağ

30 İyun 2010, 22:34

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ), Gənclər və İdman Nazirliyi və YUNİSEF-in birgə həyata keçirdiyi “Sağlam düşün, Sağlam yaşa, Sağlam ol” adlı layihə çərçivəsində Quba Olimpiya Kompleksində keçirilən  7 günlük Yay Məktəbində iyunun 30-da iştirakçılara növbəti yeni mövzularda təlimlər təşkil olunub. Yay Məktəbində iştirak edən uşaq və yeniyetmələrə bu dəfə  erkən nigah və zorakılıq, narkomaniya, münaqişə kimi mövzularda ətraflı məlumatlar verilib. Yeri gəlmişkən qeyd edək ki, iştirakçlara Yay Məktəbi ərzində stress, liderlik, tolerantlıq və ayrı-seçkilik, o cümlədən qarşılıqlı yardımlaşma mövzuları üzrə də təlimlər keçilib və artıq bu təlimlər başa çatıb.

Eyni zamanda, gün ərzində 4 komanda - “Zirvə”, “Vətən”, “Xəzər”, “Şəfəq” komandaları arasında  idman və intellektual oyunlar üzrə yarışlar da keçirilib. “Xəzər” qrupu günün qalibi olub. Həmçinin Yay Məktəbini daha maraqlı etmək üçün təlim iştirakçıları Quba Olimpiya Kompleksinin nəzdindəki üzgüçülük mərkəzində olublar, onlar arasında üzgüçülük və qol gücü idman növü üzrə yarışma düzənlənib.

Onu da qeyd edək ki, Yay Məktəbində xüsusi yaradılmış media qrupunda isə yeniyetmələr öz istedadlarını üzə çıxarmaq üçün rejissorluq sahəsində müvafiq biliklərə yiyələnib. Yəni gənc rejissorlar mütəxəssislərin köməyi ilə seçdikləri müxtəlif mövzularda 1 dəqiqəlik filmlər çəkiblər. Bildirək ki, həmin filmlər YUNİSEF-in arxivində saxlanılacaq və xüsusi ayrılmış internet səhifəsində yerləşdiriləcək.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir