Modern.az

Milli Məclis 14 iclasda 120 qanun və qərar qəbul edib

Milli Məclis 14 iclasda 120 qanun və qərar qəbul edib

Parlament

2 İyul 2010, 15:58

Modern.az saytı xəbər verir ki, iyulun 2-də Milli Məclisin vitse-spikeri Bahar Muradova parlamentin yaz və növbədənkənar sessiyasının yekunlarına dair mətbuat konfransı keçirib. B.Muradova bildirib ki, Milli Məclis nəzərdə tutulan bütün qanunvericilik işlərini yerinə yetirib. Onun sözlərinə görə, Milli Məclisin yaz sessiyasının 11 iclasında 81 qanun və qərar, 3 növbədənkənar iclasda isə 39 qanun və qərar qəbul edilib. B.Muradova deyib ki, parlamentin komitələri ötən dövr ərzində 82 iclasda 124 məsələni müzakirə etməklə səmərəli iş görüb. Vitse-spiker qəbul edilən qanunlar sırasında ölkədə demokratiyanın möhkəmlənməsinə xidmət edən Azərbaycanın Seçki Məcəlləsinə əlavə və dəyişiklikləri və eləcə də hərbi doktrinanı xüsusi qeyd edib: "Ötən sessiya ərzində Azərbaycan parlamentinə 2691 təklif, müraciət və şikayət daxil olub. Parlamentarilər 2861 vətəndaşı qəbul ediblər ki, bu da Milli Məclisin ictimaiyyət üçün açıq olmasından xəbər verir”.

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır