Modern.az

“Media forum” saytı yay məzuniyyətinə çıxacaq

“Media forum” saytı yay məzuniyyətinə çıxacaq

5 İyul 2010, 13:24

Yay mövsümünün qızğın çağını nəzərə alan bəzi medi orqanlarında redaksiyanın işçilərinə istirahət imkanı yaradılır. Hər il kollektiv şəkildə məzuniyyətə çıxan “Media forum» saytı bu il də ənənəsinə sadiq qalacaq.

Saytın redaktoru Hikmət Sabiroğlu Modern.az-a bildirib ki, kollektivin böyük olmaması işçilərin bir-bir, iki-iki məzuniyyətə çıxmasını əngəlləyir. Redaktorun sözlərinə görə, kollektivdə azalma olanda bu, materialların sayına, saytın zəif fəaliyyət göstərməsinə gətirib çıxarır.Ona görə də qərara alınıb ki, elə kollektiv halda məzuniyyətə çıxılsın. “2005-ci ildə hər bir işçiyə 1 həftə məzuniyyət verilirdi. 2006-cı ildən  isə kollektiv məzuniyyətə çıxmağa qərara aldıq. Şubhəsiz ki, saytın 21 gun fəaliyyət göstərməməsi oxucularımızın azalmasına səbəb olur. Amma məzuniyyətdən qayıtdıqdan bir müddət sonra, 1-2 həftə ərzində yenidən  oxucularımızı tapırıq. Biz artıq buna örgəşmişik”. Müsahibimizin sözlərinə görə, ölkənin əmək qanunvericiliyində işçilərə ən azı 21 gün məzuniyyət nəzərdə tutulub və “Media forum” da bundan çıxış edir. H.Sabiroğlu deyib ki, “Media forum” hər il iyulun axırı-avqustun əvvəli məzuniyyətə çıxır. “Bu il hələ hansı gun çıxmağımız dəqiq deyil. Ancaq bu yaxınlarda çıxmalıyıq. Onsuz da iyul-avqust aylarında oxucuların da sayı az olur. Hamı istirahətə çəkilir”. Müsahibimizin sözlərinə görə, “Media forum”un işçiləri məzuniyyətdə olan muddətdə də əməkhaqlarını alırlar. Mail Ağaxanov

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?