Modern.az

Cenifer Lopes Kıprıs konsertindən vaz keçdi

Cenifer Lopes Kıprıs konsertindən vaz keçdi

9 İyul 2010, 12:21

Məşhur müğənni Cenifer Lopes Şimali Kıprıs Türk Cümhuriyyətində (ŞKTC) nəzərdə tutulmuş konsert proqramından imtina edib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Porto-Rika əsilli müğənni ŞKTC-də iyulun 24-də dəyəri 220 milyon dollar olan Cratos Premium otelinin açılışı münasibəti ilə nəzərdə tutulan konsertindən son anda vaz keçib.

 

Adanın yunan icması  Lopesə elektron poçtla bir həftə ərzində 7 mindən  artıq məktub göndərərək onu könsertdən daşınmağa vadar ediblər. Yunanlar Lopesin Türkiyə əsgərinin adaya daxil olmasının ildönümü günü ŞKTC-də konsert proqram ilə çıxış etməsinə etiraz ediblər.

 

Lopes ŞKTC-yə əri və əkiz uşaqları ilə gəlməli və 3 gün burada qalmalı, özünün 41 yaşını da adada qeyd etməli idi. 80 nəfərlik heyətlə ŞKTC-yə gəlməli olan Lopesin konsertinin bir çox ölkələrdə canlı yayımlanması nəzərdə tutulmuşdu.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır