Modern.az

«Azərbaycan mətbuatı tarixi» (1920-1990-cı illər) kitabı çapa hazırlanır

«Azərbaycan mətbuatı tarixi» (1920-1990-cı illər) kitabı çapa hazırlanır

Media

12 İyul 2010, 14:28

Akif Aşırlının «Azərbaycan mətbuatı tarixi» kitabının II hissəsi çapa hazırlanır. Jurnalistika tariximizin 1920-1990-cı illərini əhatə edən kitabın elmi redaktoru və ön sözün müəllifi filologiya elmləri doktoru, professor Cahangir Məmmədli, rəyçilər professor Musa Qasımlı, filologiya elmləri namizədi Akif Rüstəmov və «525-ci qəzet»in baş redaktoru Rəşad Məciddir. Azərbaycan sovet mətbuatı modelinin yaranması, inkişafı və tənəzzül dövrü ilə yanaşı kitabda 1980-ci illərin sonlarında çağdaş jurnalistikaya keçid mərhələsi, görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətləri dönəmində milli mətbuat irsimiz tədqiq edilib.

«Kommunist», «Gənc işçi», «Kəndli qəzetəsi», «Sovet kəndi», «Azərbaycan müəllimi», «İdman», Azərbaycan gəncliyi» qəzetləri ilə yanaşı, «Azərbaycan», «Ulduz», «Qobustan» jurnallarının nəşr tarixi sistemli şəkildə qələmə alınıb.

«Repressiya illərinin jurnalistikası», «Böyük Vətən müharibəsi dövründə mətbuat», Stalinin ölümündən sonra şəxsiyyətə pərəstişin aradan qaldırılması və qadağan olunan mövzuların mətbuatda işlənilməsi, 70-ci illərdən başlayaraq milli şüurun oyanması prosesləri də ardıcıl şəkildə müəllifin elmi-təhlil süzgəcindən keçirilib.

1988-ci ildən başlayaraq gizli nəşr olunan qeyri-leqal nəşrlər də kitabın bir bölümünü təşkil edir. Sovet dönəmində Azərbaycan jurnalistlərinin qurultayı, qəbul olunan sənədlər, dövrün aparıcı redaktorları, publisistləri barəsində məlumatlar da dövrləşməyə uyğun şəkildə tədqiq olunub.

1990-cı illərdən sonra formalaşan mətbuat nümunələri də kitabda əksini tapıb.

Xatırladaq ki, A.Aşırlının keçən il «Azərbaycan mətbuat tarixi (1875-1920-ci illər)» kitabı da işıq üzü görüb. «Elm və təhsil» nəşriyyatı tərəfindən çap edilən kitabın II hissəsinin yaxın günlərdə təqdimatının keçiriləcəyi gözlənilir.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir