Modern.az

Ermənilərin məscidlərdən tövlə kimi istifadə etməsi ATƏT-in müzakirəsinə çıxarılıb

Ermənilərin məscidlərdən tövlə kimi istifadə etməsi ATƏT-in müzakirəsinə çıxarılıb

12 İyul 2010, 16:50

Modern.az saytı xəbər verir ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT) Osloda keçirilən XIX sessiyasının komitə iclaslarında Azərbaycan nümayəndə heyətinin hər bir üzvü Qarabagla bağlı məsələ qaldırıblar. Saytımıza açıqlamasında nümayəndə heyətinin üzvü Eldar İbrahimov deyib ki, təmsil olunduğu İqtisadiyyat komitəsinin iclasında işğal olunmuş Azərbaycan ərazilərində ermənilərin tarixi məscidlərdən tövlə kimi istifadə etdiyini diqqətə çatdırıb. “Bu problemin beynəlxalq hüquq səviyyəsində həllinin vacibliyini vurğuladım. Ermənistan nümyəndəsi isə dedi ki, bu, Ermənistana aid məsələ deyil. Guya Dağlıq Qarabağda yaşayan ermənilərə aid məsələsidir. Mən bu məsələ ilə bağlı danışıqların Ermənistanla aparıldığıni yada saldı və bildirdim ki, belə yanaşma  doğru deyil. Çünki Qarabağın Ermənistan tərəfindən işğal olunması bütün dünyanın qəbul etdiyi məsələdir”. Deputat qeyd edib ki, enerji resurslarından istifadədə əməkdaşlıqla bağlı müzakirələrdə bildirib ki, Ermənistanın Azərbaycanın enerji resurslarından o zaman istifadə edə bilər ki, işğal altındakı torpaqları azad edə”. 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir