Modern.az

Jurnalistlər pulsuz müayinə olunublar

Jurnalistlər pulsuz müayinə olunublar

13 İyul 2010, 17:38

İyulun 13-də bir qrup jurnalistin Bakıdakı Tusi adına Klinikada pulsuz müayinəsi təşkil olunub. Tədbir milli mətbuatın yaranmasının135 illiyi münasibətilə Parlament Jurnalistləri Birliyi və Tusi adına Klinikanın təşkilatçılığı, Mili Məclisin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızının təşəbbüsü ilə gerçəkləşib.

Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı bildirb ki, Tusi adına Klinika ilə əldə olunan razılaşmaya əsasən, Parlament Jurnalistləri Birliyinin 20-yə yaxın üzvünün pulsuz həkim müayinədən keçməsi təşkil olunub. Onun sözlərinə görə, digər peşələrlə müqayisədə, daha gərgin iş rejimində çalışan jurnalistlərin həkim müayinəsindən keçməsi vacib şərtdir:

“Bu təşəbbüs Mili Məclisin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızından gəlib. Biz də razılığımızı verdik. Hesab edirəm ki, bu məsələ ənənə halını alacaq və digər jurnalistlərimizin müayinə olunması üçün başqa klinikalar öz təkliflərini irəli sürəcəklər”.

 

 

 

 

 

 


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı