Modern.az

Erməni spikerdən növbəti sərsəm bəyanat

Erməni spikerdən növbəti sərsəm bəyanat

14 İyul 2010, 09:42

Ermənistan Türkiyə ilə münasibətlərin nizamlanması və sərhədlərin açılmasını nəzərdə tutan protokolların imzalanması üçün AB-dən Ankaraya daha güclü təzyiq göstərilməsini tələb edir. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Ermənistan parlamentinin spikeri Ovik Abramyan  Avropa Parlamentinin xarici əlaqələr komitəsində çıxış edərkən qeyd edib ki, proses Ermənistan tərəfdən deyil,  Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Qarabağ məsələsinin həll edilməsini şərt kimi qoyması səbəbindən dalana dirənib.

 “Sərhədləri qapalı olan bir ölkə necə AB üzvü olacaq” deyən Abramyan AB-ni protokolların imzalanması və sərhədlərin açılması tələbi ilə AB-nin Ankaraya təzyiq göstərməsini tələb edib.

Azərbaycan tərəfin hərbi məzmunlu bəyanatlarını ölkəsi üçün təhdid kimi qiymətləndirən  erməni spiker daha sonra sərsəm bəyanat verərək Qarabağın heç vaxt Azərbaycan torpağı olmadığını bildirib.

Erməni spikerin bəyanatına Avropa parlamentinin Cənubi Qafqaz üzrə məruzəçisi Yevgeni Kirilov sərt təpki göstərib. “Siz daha 20 il belə davam edə bilməzsiniz. Ciddi sıxıntılar içindəsiniz. Siyasətlərinizi gözdən keçirin”deyərək erməni spekeri konstruktiv mövqeyə dəvət edib.

 Türkiyə əleyhinə mövqeyi ilə seçilən ingilis mühafizəkarlar partiyasının üzvü Çarlz Tannok Qarabağın işğal olunması ilə Türkiyənin Ermənistanla sərhədləri  bağlamasına cavab olaraq Kıprıs Yunan kəsiminə dəstək olmaq üçün Yunanıstanın Türkiyə ilə sərhədləri bağlaması təşəbbüsü ilə çıxış edib. Lakin yunan icmasının nümayəndəsi bu təklifə etiraz edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir