Modern.az

"Reytinq" qəzeti İlham Əliyevə müraciət edib

"Reytinq" qəzeti İlham Əliyevə müraciət edib

14 İyul 2010, 17:36

 

"Reytinq" qəzetinin kollektivi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Bu barədə Modern.az-a qəzetin baş redaktoru Afiq Mirzəbəyli məlumat verib. A.Mirzəbəyli deyib ki, son illər mətbuata dövlət səviyyəsində qayğı göstərilməsi rəhbərlik etdiyi qəzetin kollektivi tərəfindən müsbət qarşılanır: "Çox istərdik ki, ölkədə işıq üzü görən həftəlik qəzetlər, o cümlədən "Reytinq" qəzeti də bu qayğı ilə əhatə olunsun. Ölkə başçısına müraciət etməkdə məqsədimiz Prezidentin Ehtiyat Fondunun vəsaiti hesabına birdəfəlik pul yardımı veriləcək qəzetlərin siyahısına "Reytinq"in də daxil edilməsinə nail olmaqdır".

A.Mirzəbəyli deyib ki, "Reytinq" qəzetinin kollektivi eyni xahişlə Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənova, Mətbuat Şurasının sədri Əflatun Amaşova və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə də müraciət edib.

"Reytinq" qəzetinin 1999-cu ildən etibarən müntəzəm fəaliyyət göstərdiyini deyən baş redaktor kollektivin müraciətinə müsbət cavab veriləcəyinə inandığını bildirib.  

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...