Modern.az

Türkiyədə kürd yaraqlıları ilə mübarizə üçün xüsusi bölmə yaradılır

Türkiyədə kürd yaraqlıları ilə mübarizə üçün xüsusi bölmə yaradılır

14 İyul 2010, 20:53

Türkiyədə kürd yaraqlıları ilə mübarizə üçün xüsusi peşəkar hərbi bölmə yaradılır. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə naziri Vecdi Gönülün sözlərinə görə, adıçəkilən peşəkar bölməyə cəlb olunacaq hərbçilər 10 ilə qədər xidmət edəcəklər. Onların başlıca vəzifəsi İraqla dövlət sərhədinin mühafizəsi olacaq. Məhz bu ərazidən İraqdakı kürd yaraqlı qruplar Türkiyə ərazisinə qarşı terror aktları həyata keçirirlər.

 

Gönül qeyd edib ki, Müdafiə Nazirliyi hazırda bu məsələnin hüquqi aspektləri üzərində iş aparır. Bu barədə ətraflı məlumat hələlik verilmir. Qeyd olunur ki, yalnız kürd yaraqlıları  ilə mübarizə üçün xüsusi təyinatlı  hərbi bölmənin yaradılması ideyası çoxdan gündəmdədir. Bir çoxları hesab edir ki, nizami ordu bu cür xususi əməliyyatlar aparmaq imkanına malik olmadığından qarşısına qoyulan vəzifələrin öhdəsindən gələ bilmir.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub