Modern.az

Barak Obama: “İslam böyük bir dindir”

Barak Obama: “İslam böyük bir dindir”

Dünya

15 İyul 2010, 10:50

ABŞ prezidenti Barak Obama Cənubi Afrika Respublikasının Radio Korporasiyasına müsahibəsi zamanı Amerikanın Afrika ölkələrinə daha artıq dəstək verəcəyini bildirib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki,  Obama Afrika ölkələrində baş verən hadisələrə dair sualları cavablandırarkən, ABŞ-ın dəhşətli façiələrdən sonra Afrika xalqına daha artıq yardım göstərməsinin vacibliyini vurğulayıb. Prezident Kampalada baş verən bomba hücumlarına münasibət bildirib. O deyib ki, məsuliyyətini “Əl-Şəhab” qrupunun üzərinə aldığı bu hücumlardan sonra Amerika Afrika Birliyi ilə əməkdaşlığı artıraraq, bu kimi qrupların günahsız  afrikalıları qətlə yetirməsinə yol verilməməsinə çalışacaq.

ABŞ dövlət başçısı  illərdir müharibələr və münaqişələrə səhnə olan Somali də “Əl-Şəhab”ın nəzarətini artırdığını deyib. Barak Obama bildirib ki, ekstremizlə mübarizə nə Amerika, nə də digər bir ölkənin təkcə mübarizə apara biləcəyi sahə deyil. Afrikada zorakılıların İslamdan qaynaqlandığına dair sualın cavabında prezident Obama İslamın böyük bir din olduğunu, bu dinin digər dinlərlə bərabər çiçəkləndiyini deyib. “Afrikanın gücü onun təkcə din müxtəlifliyində deyil, müxtəlif irqlər və etnik qrupların bərabərliyindədir. Lakin radikal Islam dedikdə, bir çoxları  müasirləşmə, insan huquqlarının təminatı, demokratikləşmə kimi proseslərin əlehinə olan İslamı nəzərdə tutur. Lakin bu doğru deyil,  İslam dininə məxsus bir çox insan bunu rədd edir ”-deyə Barak Obama bildirib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi