Modern.az

Litvada Qarabağdan danışılacaq

Litvada Qarabağdan danışılacaq

15 İyul 2010, 15:10

Modern.az saytı xəbər verir ki, bu ayın 17-18-də Vilnüsdə Litva Milli Dirçəliş Partiyasının qurultayı keçiriləcək. Bu partiya Litva qanunverici orqanında-Seymdə deputatların sayına görə ikinci böyük partiyadır. Partiyanın sədri 2008-2009-cu illərdə Litva Seyminin rəhbəri olub.

Qeyd edək ki, Milli Məclisi deputatı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov bu qurultaya dəvət alıb.   

Saytımıza açıqlamasında deputat bildirib ki, onu qurultaya Litva Milli Dirçəliş Partiyasının sədri dəvət edib: “Həmin qurultayda 300-dən artıq xarici qonaq ştirak edəcək. Orada böyük bir gənclər təşkilatı təsis olunacaq. Bu zaman Azərbaycanla bağlı məlumat verilməsinə şərait yaradılacaq. Mən də fürsətdən istifadə edib Qarabağ məsələsindən, erməni vəhşiliyindən danışacam”.

 

Modern.az

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü