Modern.az

Deputat Hadı Rəcəbli: "Heç bir qruplaşma ilə işləmirəm"

Deputat Hadı Rəcəbli: "Heç bir qruplaşma ilə işləmirəm"

16 İyul 2010, 17:44

Millət vəkili - jurnalust polemikası... Modern.az saytı xəbər verir ki, bu gün Parlament Jurnalistlər Birliyinin bir qrup üzvü Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ilə görüşüblər. Birliyin rəhbəri Elşad Eyvazlı bildirib ki, bundan öncə eyni məzmunlu görüşü parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova və Mədəniyyət komitəsinin sədri Nizami Cəfərovla keçiriblər. O qeyd edib ki, hər həftənin cümə baş tutan bu cür görüşlərdə jurnalistlər bir komitə rəhbəri ilə açıq şəkildə diskussiya aparırlar: “Burada məqsəd üçüncü çağırış Milli Məclisin beş illik fəaliyyətinə komitə rəhbərinin münasibətini öyrənmək, komitənin gördüyü işlər, hazırladığı sənədlər barədə geniş məlumat əldə etmək, digər məsələlər barədə geniş diskusiya aparmaq, jurnalistləri maraqlandıran suallara cavab almaqdır. Nəzərdə tutmuşuq ki, parlament seşkilərinə bütün komitə rəhbərləri ilə görüşləri başa çatdıraq”.   

Hadi Rəcəbli isə deyib ki, o da özünü jurnalistlərin həmkarı hesab edir. Komitə rəhbəri öncə Azərbaycan mətbuatı barədə fkirlərini açıqlayıb: “Özümü heç zaman mətbuatdan ayrı hiss etməmişəm. Ömrümün ən gözəl çağlarının iki ilini mtbuatda çalışmışam. Hər halda hesab edirəm ki, müstəqil Azərbaycanın jurnalistikasında da bir təkamül prosesi gedir. Komunist dövrünün sərhədli jurnalistikasından bu günün senzurasız jurnalistikasına keçmişik. Amma gəlin etiraf edək ki, bu keçid problemlərlə doludur. O problemləri cəmiyyətin və jurnalistlərin bir hissəsi yaradır”.

Jurnalistlərin “sizə elə gəlmir ki, bu problemləri hakimiyyət yaradır?” sualına millət vəkili belə cavab verib: “Elə şey yoxdur. Hakimiyyət senzuranı ləğv edib. Həbs olunan jurnalistlər qanunu pozurlar. Bilirsiniz, mən iqtidar nümayəndəsiyəm, amma xarakretcə loyal adamam. Buna baxmayaraq mənə qarşı da təhqiramiz şeylər yazırlar”.

 

“Özünüzü hansı nəslin nümayəndəsi hesab edirsiniz” sualına  deputat belə cavab verib: “Ruhən özümü gənclər siyahısında hiss edirəm. Dünyaya baxışım, geyimim gəncdir. Amma müdrüklük baxımından baxsaq, 12 yaşımdan işləməyə başlamışam. Həyatda qazandıqlarımın hamısını özüm etmişəm. Kasıbçılıq, pulsuzluq, təhqir, haqsızlıq, ədalətsizlik görmüşəm. Həm də 23 yaşımdan vəzifədə olmuşam”.

 

Komitə rəhbəri insanların sosail güzəranından gileyli olmaları məsələsinə də toxunub: “Xaricə gedib taksiyə oturanda bir söhbət salın, görün nə danışırlar, mütləq narazılıq edəcəklər. Bu, hər yerdə belədir. Bütün dünyada cəmiyyət neqativ və pozitivlərdən ibarətdir. İnkişaf bunların vəhdətindədir”.

 

Hadı Rəsəbli fikirlərini daha sonra belə davam etdirib: “İkrah hissi ilə deyirlər ki, Hadi Rəcəblinin komitəsi. Bunu belə demək mümkün deyil. Bunu belə demək Azərbaycan xalqına ikrah etməkdir. Bizim komitə kasıblarla işləyən komitədir. Sayca götürəndə də Milli Məclisdə ən çox qanunu bizim komitə təqdim edir. Bizim 3 səhifəlik qanun layihəsi parlamentdə 3 gün müzakirə olunur.  Amma elə komitə var ki, onun 600 səhifəlik layihəsnin müzakirəsi 5 dəqiqə çəkir. Rəsmi olaraq mənim qəbuluma gələn adamların sayı Milli Məclisə qəbula gələnlərin yarısına bərabərdir. Qeyri-rəsmi isə 30 faiz bundan artıqdır”. 

Söhbət zamanı Hadi Rəcəbli Milli Məclisin sədri Oqtay Əsədovla normal münasibətdə olduğunu, onunla əvvəldən yaxşı münasibətdə olduğunu deyib. Deputat indiyədək şəxsi işlə bağlı heç zaman Prezidentə müraciət etmədiyini də söyləyib. 

Jurnalistlərlə söhbətində Hadi Rəcəbli ATV-nin “Sən tək deyilsən” və ANS-in “Elgizin cümə axşamları” verilişlərini arzuolunmaz proqramlar kimi qiymətləndirib. O deyib ki, bu verilişlər barədə mütləq ölçü götürülməlidir.

 

Komitə rəhbəri heç bir qruplaşmaya işləmədiyini, yalnız Prezidentə xidmət etdiyini də dilə gətirib. O, bununla bağlı müəyyən məqamlarda problemlə üzləşdiyini də söyləyib.

 

Növbəti parlament seçkilərində iştirakına gəlincə, H.Rəcəbli bu məsələnin partiyadan asılı olduğunu vurğulayıb.

 

Deputat dostları barədə də danışıb.

 

Bütün dönəmlərdə yüksək vəzifələrdə olmağının səbəbləri, talış separatçısı Əlikram Hümbətovun qiyamının yatırılması və digər məqamlarla baglı komitə rəhbəri ilə jurnalistlərin söhbətinin tam mətni, eyni zamanda şəkillər sabah Modern.az saytında yerləşdiriləcək.

 

 

 

Modern.az  

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər