Modern.az

Deputat: “Gədəbəy haqqında yerli-yersiz danışanlar bilsinlər ki..."

Deputat: “Gədəbəy haqqında yerli-yersiz danışanlar bilsinlər ki..."

Parlament

16 İyul 2010, 19:30

Gədəbəyli deputat Nazm Məmmədov bəzi alimlərin və millət vəklərinin  Gədəbəylə bağlı açqlamalarına münasibət bildirib. Modern.az saytına açıqlamasında millət vəkili deyib ki, tarixi bir az vərəqləmək, ensiklopediyanı açmaq lazımdır ki, Gədəbəy barədə məlumatın olsun:  “Mən bir neçə dəfə müşahidə etmişəm. Gədəbəy haqqında istər gədəbəyli olsun, istər kənar insanlar, bu və ya digər formada fikir yürütməyə cəhd göstərirlər və yaxud gülüş obyektinə çevirmək kimi cəhdlər olur. Belə şeyləri özünü ziyalı hesab edən, elmi işlə məşğul olan insanların dilindən eşidəndə, bu insanlara qarşı nifrət oyanır. Mən konkret olaraq ad çəkmək istəmirəm, həmin adamlar özləri bilirlər kimlərdir. Bunun yolverilməz olduğunu bir daha qeyd etməliyəm”.

 

Deputat bildirib ki, hətta Avropanın mərkəzində elektrik lampası olmayanda Gədəbəydə su elektrik stansiyası olub: “Dəmir yolu Zaqafqaziyada ilk dəfə Gədəbəydə çəkilib. Azərbaycanda neft sənayesindən qabaq kapitalizmin inkşafı Gədəbəydən başlayıb. Bunları biz yadımızdan çıxarmamalıyıq. Bu gün də həmin proseslər davam edir və Gədəbəy bir çox mədəni insanları, ziyalı şəxsləri ilə tarixdə qalıb. Bizim təxmini hesablamalarımıza görə, Gədəbəy Türk dünyasının intellekt paytaxtıdır. Onu da deyim ki, hər min nəfərin payına düşən elmi titullu şəxslərə görə də təkcə Azərbaycanda yox, Türk dünyasında  Gədəbəy öndə gedir. Ona görə də o şəxslər ki, Gədəbəy haqqında bu fikirlər söyləyirlər, onlar bu və ya digər formada tarixə bir ekskursiya etsinlər”.

 

 

Mail Ağaxanov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır