Modern.az

Oqtay Əsədov Ermənistan parlamentinin sədri ilə görüşüb

Oqtay Əsədov Ermənistan parlamentinin sədri ilə görüşüb

Parlament

19 İyul 2010, 19:01

Xəbər verildiyi kimi, Milli Məclisin Sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində Parlament Spikerlərinin 3-cü Ümumdünya konfransında iştirak edir. Konfransın açılışı iyulun 19-da BMT-nin Cenevrədəki qərargahında bu təşkilatın Baş katibi Pan Ki Munun iştirakı ilə olub.
Tədbiri giriş sözü ilə Parlamentlərarası İttifaqın Prezidenti Teo Den Qurirab açıb. O, konfransın əhəmiyyətindən və müzakirə olunacaq məsələlərdən danışdı. Həmin məsələlərin həllində parlamentlərin rolunu xüsusi qeyd edib.
BMT-nin Baş katibi Pan Ki Mun çıxış edərək konfrans iştirakçılarına uğurlar arzulayıb. O, parlamentlərin BMT ilə əməkdaşlığının vacibliyini qeyd edib. Bu əməkdaşlıqda və parlamentlərin fəaliyyətində dörd istiqamətin mühüm əhəmiyyət daşıdığını xüsusi vurğulayıb. Baş katib söyləyib ki, dünyamızın və zəmanəmizin təhlükələrdən  xilas olunması, dünyada stabilləşmənin təmin olunması və milli  konfliktlərin aradan qaldırılması, böhranlardan müdafiə və iqtisadi inkişafa nail olunması, eləcə də dünyanın silahsızlaşdırılması və nüvə təhlükəsindən qorunması işində parlamentlər fəaliyyətini gücləndirməli və öz töhfələrini verməlidirlər. BMT-nin Baş katibinin çıxışından sonra konfransın gündəliyi təsdiq olunub və gündəlikdəki məsələlərin müzakirəsinə başlanıb.
İlk məruzə “Parlamentlər BMT ilə işlərini necə təşkil edirlər” mövzusunda olub. 2005-ci il Spikerlərin Konfransından sonrakı inkişafa dair məruzəni isə Cənubi Afrika Respublikasının parlament sədri Maks Sisulu edib. Sonra parlament spikerlərinin çıxışları başlanıb.
Tədbir çərçivəsində Milli Məclisin Sədri Oqtay Əsədov Ermənistan parlamentinin sədri Ovik Abramyanla görüşüb. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.
Milli Məclisin Sədri Oqtay Əsədovun iyulun 21-də konfransda çıxışı gözlənilir.

Modern.az
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir