Modern.az

Jurnalistlər Milli Məclisin komitə sədri Eldar İbrahimovla görüşəcəklər

Jurnalistlər Milli Məclisin komitə sədri Eldar İbrahimovla görüşəcəklər

Media

20 İyul 2010, 11:15

Modern.az saytı xəbər verir ki, Parlament Jurnalistləri Birliyinin (PJB) üzvləri Milli Məclisin komitə sədrləri ilə görüşləri davam etdirirlər. PJB üzvləri indiyədək parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ilə görüşüblər.

Jurnalistlər növbəti görüşü cümə günü Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovla keçirəcəklər.

Açıq diskussiya şəklində keçiriləcək bu görüşdə də üçüncü çağırış Milli Məclisin beş illik fəaliyyətinə komitə rəhbərinin münasibəti öyrəniləcək, komitənin gördüyü işlər, hazırladığı sənədlər barədə geniş məlumat istəniləcək, digər məsələlər barədə söhbət açılacaq, jurnalistləri maraqlandıran suallara cavab alınacaq. 

Modern.az  

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi