Modern.az

«Dövlətqaçqınkom»un mətbuat katibinə «Qızıl Qələm» verilib

«Dövlətqaçqınkom»un mətbuat katibinə «Qızıl Qələm» verilib

Media

20 İyul 2010, 14:02

Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqı (KİVHİ) Milli Mətbuat günü ilə əlaqədar dövlət strukturlarında KİV-lə ən yaxşı əməkdaşlıq edən mətbuat xidmətini müəyyənləşdirmək üçün jurnalistlər arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb. KİVHİ-dən Modern.az-a verilən məlumata görə, 2 ay müddətində keçirilən sorğuya  Azərbaycan Mətbuat Şurasına üzv olan 33 gündəlik, 59 dövrü mətbuat və 12 informasiya agentliyində çalışan jurnalistlər cəlb olunub. Respondentlərin 49 faizi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq Əlaqələr, İnformasiya və Mətbuat Xidməti Departamentinin direktoru Sənan Hüseynovun informasiya açıqlığına və KİV-lə əməkdaşlığına görə fəaliyyətini yüksək qiymətləndiriblər. Soğuya cəlb olunan jurnalistlərin 23 faizi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, 16 faizi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının, 12 faizi isə  Respublika Baş Prokurorluğunun mətbuat xidmətlərinin  adını çəkib. Sorğu iştirakçılarının KİV-lə əməkdaşlığına görə ən yaxşı mətbuat xidməti hesab etdikləri S. Hüseynova bu nominasiyada KİVHİ-nin təsis etdiyi «Qızıl Qələm» mükafatı verilib.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi