Modern.az

“Azərbaycan mətbuatı tarixi” kitabının təqdimatı keçirilib

“Azərbaycan mətbuatı tarixi” kitabının təqdimatı keçirilib

20 İyul 2010, 15:25

İyulun 20-də Atatük Məzrkəzində “Azərbaycan mətbuatı tarixi” kitabının II hissəsinin təqdimat mərasimi keçirilib. Modern.az-ın məlumatına görə, təqdimat mərasimində kitabın müəllifi, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı çıxış edib. O, bildirib ki, “Azərbaycan mətbuatı tarixi” kitabının I hissəsi 1875-1920-ci illəri əhatə edir. Həmin kitab 2009-cü ildə nəşr olunub və ali məktəblərin jurnalistika fakültəsinin tələbələri, mətbuat tarixi ilə maraqlananlar və elmi ictimaiyyət tərəfindən müsbət qarşılanıb. “II hissə isə obyektiv qiymət verməkdə çətinlik çəkdiyimiz 1920-1990-cı illəri əhatə edir”. A.Aşırlı onu da deyib ki, indiyə kimi Azərbaycan mətbuatı tarixinin 1920-1990-cı illər mərhələsi araşdırılmayıb. “Bu kitabın nəşri problemin həllinə edilən ilk cəhddir”-deyə A.Aşırlı bildirib.

Daha sonra tədbirdə kitabın elmi redaktoru professor Cahangir Məmmədli çıxış edib. Bildirib ki, sovet dövrü çox mürəkəb bir dövrdür və Akif Aşırlı bu kitabı yazmağa inkarlıq prinsipi ilə yanaşmayıb.

Filalogiya elmləri namizədi, kitabın rəyçisi Akif Rüstəmov bildirib ki, Azərbaycan mətbuatı ilə bağlı indiyədək belə konpleks şəkildə nəşr olunan kitab yoxdur. Azərbaycan Yazıçılar Birliyin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və Azərbaycan Jurnalistlər Birliyin sədri, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, Bakı Dövlət Universitetinin müəllimi Nəsir Əhmədli “Azərbaycan mətbuatı tarixi” kitabının işıq üzü görməsi münasibəti ilə təkcə A.Aşırlını deyil, bütün mətbuat işçilərini təbrik ediblər.

 

 

 

 

Mail Ağaxanov

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər