Modern.az

“flydubai” şirkətindən sərnişinlərə Ramazan ayı üçün sürpriz

“flydubai” şirkətindən sərnişinlərə Ramazan ayı üçün sürpriz

21 İyul 2010, 15:09

Dubayın ilk qənaətcil hava yolları olan “flydubai” şirkəti müqəddəs Ramazan ayında- avqustun 15-dən sentyabrın 6-na kimi səyahət edəcək  bütün sərnişinlərə biletə görə ödədikləri  bütün xərcləri 100 faiz geri qaytaracaq. 

Şirkətdən verilən məlumata görə,

“flydubai”

ilk dəfə olaraq qeyd olunan müddət ərzində edilən uçuşlara görə yüzfaizlik təzminat təklif edir.

 

Sərnişinlər avqustun 1-dən əvvəl sifariş edilmiş və 15 avqust - 6 sentyabr tarixlərində həyata keçirilmiş yalnız bəzi reyslərdə  vergiləri özləri ödəməli olacaqlar. Təzminat sərnişinlərə elektron poçt vasitəsilə 2010-cu il, sentyabrın 9-da vauçer formasında veriləcək. Vauçer almış sərnişinlər 2010-cu il dekabrın 8-nə kimi həmin vauçerdən “flydubai” şirkətinin istənilən reysi üzrə istifadə edə biləcəklər.

 

Bununla bağlı “flydubai” şirkətinin Baş Direktoru Qeyt Əl Qeyt bildirib: “Ramazan bəxşiş ayıdır və ailələrlə, dostlarla birləşmək üçün əla vaxtdır. “flydubai” şirkəti olaraq biz müştərilərimizin Ramazan ayında  öz sevdiklərinə qovuşmasını asanlaşdırırıq. Biz inanırıq ki, müştərilərimizə əsl təklif və elə bir uyğun şərtlər veririk ki, bunlar həm əladır, həm də əldən qaçırılmamalıdır”.

 

Sözügedən təklif Bakı-Dubay reysi ilə uçan bütün sərnişinlər üçün də qüvvədədir. Kabil, Cibuti, Ərbil və İstanbulu çıxmaq şərti ilə təzminat “flydubai” şirkətinin bütün təyinat məntəqələrinə uçan sərnişinlər üçün qüvvədədir.

 

Qeyd etmək lazımdır ki, iyulun 17-də “flydubai” şirkəti İraqın Ərbil şəhərinə öz ilk uçuşunu edərək təyinat məntəqələrinin sayını 22-yə çatdırıb.  

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir