Modern.az

Dam örtüyü-şiferlər xəsətəlik yayırmış...

Dam örtüyü-şiferlər xəsətəlik yayırmış...

Dünya

21 İyul 2010, 18:45

Dünya boyunca aparılan kampaniya fəalları deyirlər ki, növbəti 20 ildə yüz minlərlə adam şiferlərdə istifadə olunan asbestlərin təsirindən ölə bilər.
BBC və Təhqiqat Jurnalistlərinin Beynəlxalq Konsorsiumunun apardığı birgə təhqiqat asbestlərin satışı üçün milyonlarla dollar xərcləndiyini və beynəlxalq asbest sənayesinin adətən aşağı peşə təhlükəsizliyi qanunları zəif olan inkişaf etməkdə olan ölkələrə ixrac etdiyini aşkarlayıb.
Asbest sənayesi deyir ki, materialın bu gün istifadə olunan formaları, yəni ağ şiferlər ehtiyatla istifadə olunduğunda təhlükəsizdir. Amma alimlər bu şiferlərin də xərçəng xəstəliyi yaratdığını bildirir. A
ğ asbestlərdən tikintidə istifadə olunur və inkişaf etməkdə olan ölkələrdə ucuz şifer damları, su boruları və digər tikinti materialları belə asbestlərdən düzəldilir.
Azərbaycanda, xüsusilə, rayonlarda asbestlərdən dam örtükləri kimi istifadə olunması geniş yayılıb.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!