Azərbaycan Jurnalistlər Birliyi (AJB) Milli Mətbuatın yaranmasının 135-ci ildönümü münasibətilə Həsən bəy Zərdabi adına mükafatın təqdimetmə mərasimini keçirib. Mərasimdə AJB-in sədri Elçin Şıxlı mükafatları sahiblərinə təqdim edib.
AzTV-nin əməkdaşı Bəturə Nəbiyeva, AJB-in üzvü, fotorəssam Mirələkbər Ağasıyev, "Üç nöqtə" qəzetinin redaktoru Pünhan Əfəndiyev, Azərbaycan radiosunun əməkdaşı Hikmət Nuriyev, AJB-in Sumqayıt şəhər şöbəsinin rəhbəri Rafiq Odayev, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyevə mükafatlar təqdim olunub. Qaliblərə diplomlar verilib.