Modern.az

ATƏT Qırğızıstana polis qüvvələri yeridir

ATƏT Qırğızıstana polis qüvvələri yeridir

22 İyul 2010, 12:43

Qırğızıstanın Oş və Cəlalabad vilayətlərində yaxın vaxtlarda ATƏT ölkələrinin polis qüvvələri yerləşdiriləcək. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ATƏT-in münaqişələrin qarşısının alınması mərkəzinin direktoru Gerbert Zalber bildirib. Onun sözlərinə görə, bu sahadə qırğız hökuməti ilə razılıq əldə olunub. İlkin mərhələdə Qırğızıstana ATƏT ölkələrindən 52 polis qüvvəsi göndəriləcək. Lazım gəldiyi təqdirdə onların sayı gələcəkdə 102 nəfərə çatdırıla bilər.

ATƏT polis qüvvələri Qırğızıstanda 4 ay olacaqlar. Lakin onların ölkədə qalma müddəti sonradan artırıla bilər.  Bu barədə qərar bu gün Vyanada ATƏT Daimi Şurasının iclasında qəbul olunacaq.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər