Modern.az

100-dən çox yaşı olan 2 min nəfər

100-dən çox yaşı olan 2 min nəfər

İqtisadiyyat

22 İyul 2010, 15:36

Özbəkistanda 100-dən çox yaşı olan  2 min 10 nəfər yaşayır. Özbək mətbuatı, 28 milyonluq əhaliyə sahib Özbəkistanda uzunömürlülərin statistikasını verib.

Yerli mətbuatda çıxan xəbərlərdə ölkədə 100-dən çox yaşı olan ən çox insanın Kaşqadərya vilayətində yaşadığı bildirilib. Kaşqadəryada yaş 100-ü keçən 309 nəfər var. Onlardan 287-si  qadın, 22-si kişidir.

Paytaxt Daşkənd isə 100 yaşdan yuxarı sakinlərinə görə sonuncu yerdədir - 17 nəfər.

Özbəkistanda yaşayan 28 milyon əhalinin 17 milyonu işləyəndir. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi