Modern.az

Türkiyəli jurnalistlər "525-ci qəzet"də və Modern.az saytında olublar

Türkiyəli jurnalistlər "525-ci qəzet"də və Modern.az saytında olublar

Media

22 İyul 2010, 17:56

Azərbaycan Parlament Jurnalistləri Birliyinin (PJB) dəvətilə Bakıya səfər edən Türkiyə Qəzetçilər Federasiyasının (TGF) nümayəndə heyəti bu gün media quruluşlarının redaksiyalarını ziyarət edib. Qeyd edək ki, nümayəndə heyətinə Türkiyə Qəzetçilər Federasiyasınınsədri Atilla Sertel, NTV-nin buro rəhbəri, TGF-nin baş katibi Merih Ak, Sakarya Qəzetçilər Cəmiyyətinin sədri Matur Sefai və Kayseri Qəzetçilər Cəmiyyətinin sədri Vəli Altınkaya daxildir.

Türkiyəli həmkarlarımız bu gün “525-ci qəzet”in və Modern.az saytının redaksiyalarıda da olublar. “525-ci qəzet”in redaksiya heyəti ilə görüşən türkiyəli jurnalistləri baş redaktor Rəşad Məcid də qəbul edib. Görüşdə Azərbaycan mətbuatının durumu, Azərbaycan-Türkiyə jurnalistləri arasındakə əlaqələrdən söz açılıb. Modern.az-ın redaksiyasında Türkiyə Qəzetçilər Federasiyasının nümayəndə heyəti baş redaktor Elşad Eyvazlı və redaktor Əfqan Qafarlı ilə görüşüb, fikir mübadiləsi aparıblar.

 

 

Modern.az     

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi