Modern.az

Qənirə Paşayeva türkiyəli jurnalistlərlə görüşüb

Qənirə Paşayeva türkiyəli jurnalistlərlə görüşüb

25 İyul 2010, 19:40

Millət vəkili Qənirə Paşayeva Bakıda səfərdə olan Türkiyə Qəzetçilər Federasiyasının (TGF) sədri Atilla Sertelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə Atilla Sertellə bərabər NTV-nin büro müdiri Merih Ak, Kayseri Qəzetçilər Cəmiyyətinin sədri Vəli Altınkaya, Sakarya Qəzetçilər Cəmiyyətinin sədri Sezayi Matur və Azərbaycan Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı da iştirak edib.

Türkiyəli jurnalistləri ölkəmizdə görməkdən məmnunluq duyduğunu vurğulayan Qənirə Paşayeva bildirib ki, Azərbaycan və Türk millətləri arasında heç bir fərq yoxdur: “Siz düşünməyin ki hansısa başqa bir ölkəyə gəlmisiniz. Siz öz vətəninizə gəlmisiniz. Türkiyə və Azərbaycan jurnalistlərinin qarşılıqlı səfərləri çox zəruridir. Ölkələrimizin gerçəkliklərinin beynəlxalq aləmə çatdırılmasında jurnalistlərin üzərinə böyük yük düşür". Q.Paşayevanın sözlərinə görə, artıq TGF bu istiqamətdə xeyli işlər görüb: “Bu fəaliyyət Azərbaycan ictimayyəti tərəfindən sevgi ilə qarşılanır. Bu istiqamətdə fəaliyyəti daha da artırmaq lazımdır, cünki bu bizim gələcəyimiz üçün çox lazımdır". TGF sədri Atilla Sertel bildirib ki, Qənirə Paşayeva Türkiyədə tanınır və sevilir: "Onun üçün də biz sizinlə görüşmək istəyirdik. Siz Türkiyəyə dəfələrlə səfər etmisiniz. Lakin Türkiyədə bizim sizinlə görüşməyə imkanımız olmayıb. Bu görüş bizə şərəf gətirir". A.Sertel bildirib ki, Türkiyə və Azərbaycan jurnalistləri arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində daha çox çalışacaqlar. TGF sədri qeyd edib ki, bi ilin əvvəlindən "Ermənilərin Azərbaycanda törətdikləri soyqırımlar fotolarda" adlı sərgiyə start verilib: "Sərgi Ankara, İzmir, Alaniya, Mide şəhərlərində keçirilib. Hazırda Aksaray  şəhərində keçirilir. Türkiyənin əksər şəhərlərində keçirilməsi nəzərdə tutulur. Sərgidə ermənilərin Azərbaycanda törətdikləri soyqırımlardan bəhs edən 60-dan artıq foto sərgilənir". Millət vəkili Qənirə Paşayeva bildirib ki, TGF öz üzərinə böyük missiya götürüb: “Hesab edirəm ki, bu türkiyəli jurnalistlərin Azərbaycana sevgisindən irəli gəlir".

 

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir