Modern.az

BP rəhbərinə 1 milyon dollar təqaüd kəsiləcək

BP rəhbərinə 1 milyon dollar təqaüd kəsiləcək

Dünya

27 İyul 2010, 10:52

BP-nin baş icraçı direktoru Tony Hayward oktyabr ayında vəzifəsini tərk edəndə 930 min dollar məbləğində illik təqaüd alacaq. Bu barədə BBC məlumat yayıb.
H ayvard Meksika körfəzində neftin dağılması hadisəsindən sonra tənqidlərlə üzləşib və vəizifəsindən istefa verir.
BP-dəki mənbə bildirib ki, ona şirkətin Rusiyadakı birgə-müəssisəsində qeyri-icraçı vəzifə veriləcək. Onun şirkəti tərk etməsi barədə qərarın çərşənbə axşamı açıqlanacağı gözlənilir.
Hayvard 28 ildir ki, BP-də çalışır.
O, 2007-ci ildə baş icraçı olanda jurnalistlərə demişdi ki, bir nömərli vəzifəsi təhlükəsizliyi və etibarlığı təmin etmək olacaq. Amma aprelin 20-də Luizianada neft quyusunun partlaması, nəticədə 11 fəhlənin ölməsi, ABŞ-ın tarixində ən pis neft dağılması hadisəsinin baş verməsi onun rəhbərliyini sual altına qoydu.
53 yaşlı Hayvard neftin təmizlənməsi əməliyyatında ləngimələrə görə körfəz sahilində yaşayan sakinlər və Amerika siyasətçilərinin ciddi tənqidinə məruz qalıb.
Onuı əvəzləyəcəyi gözlənilən şəxs BP-nin idarəedici direktoru Bob Dudleydir. 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir