Modern.az

Borçalı elində elat bayramı... (fotosessiya)

Borçalı elində elat bayramı... (fotosessiya)

27 İyul 2010, 16:51

İyul 25-də Gürcüstanın Dmanisi rayonunun Armudlu yaylasında “Borçalı Türklərinin II Elat Mədəniyyəti günü” keçirildi. Tədbir “Borçalı” İctimai  Cəmiyyətinn təçəbbusu ilə baş tutdu. Tədbirdə Bakıdan, həmçinin Gürcüstandan, Türkiyə və İrandan olan qonaqlar iştrak edirdilər. “Borçalı” İctimai Cəmiyyəti “Elat günü”ndə iştirak etmək üçün Bakıdan xeyli jurnalist də aparmışdı. Onların arasında Modern.az-ın əməkdaşı da vardı.   Borçalıya tədbirdən bir gün əvəəl yollandıq. Ertəsi gün səhər Dmanisi rayonun mərkəzində toplaşdıq və yaylağa qalxdıq... ...“Armudlu” yaylağına çatanda gördük ki, orada bir vur-çatlasın var... Ocaqlar çatılmış, kabablar şişə taxılmış, mərasimlər üçün ayrıca yerlər düzəldilmişdi. Bir yanda cavanlar at yarışı keçirir, o biri yanda qara zurnanın səsi zilə qalxmışdı. “Borçalı Türklərinin II Elat Mədəniyyəti günü” tədbirində öncə folklorşunas alim Elxan Məmmədli çıxış etdi. Dedi ki, bu  bayram türkləri birliyə çağıran bayramdır. Onun sözlərinə görə, bayramın keçirilməsi soydaşlarımızın doğma yurda bağlamq, gürcü və azərbaycanlıların əlaqələrini möhkəmləndirmək, Borçalı mədəniyyəti və folklorunu tanıtmaq, inkişaf etdirmək məqsəıdi daşıyır.    “Borçalı ” İctimai  Cəmiyyətin sədri Zəlimxan Məmmədli bildirdi ki, tədbir ikinci ildir təşkil olunur. Zəlimxan bəy millətin ruhu ilə bağlı olan və İslamdan da öncəki dövrlərdə “elat mədəniyyəti”nin mövcud olduğunu vurğuladı. Onun sözlərinə görə, bir il  öncə bu tədbiri keçirəndə bəzi qüvvələr ağız büzüblər: “Mən insanları qınamıram, çünki onlar çox vədlər, mənasız şeylər görüblər. Keçən il bura toplaşan insanlara söz verdim ki, bizim tədbir möhtəşəm bir bayrama çevriləcək. Artıq bu hiss olunur. Bir neçə il bundan əvvəl burdan gedən soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdırlar. Artıq hiss olunur ki insanlarda yurd sevgisi, vətən sevgisi özünü möhkəmlənir”. Z.Məmmədli dedi ki, gələcəkdə Gürcüstanın dövlət başçısı Mixail Sarkaşvili və Azərbaycanın dövlət başçısı İlham Əliyevin də Borçalı Türklərinin “elat günü”ndə iştrakına ümid edirlər.

Azərbaycanın Gürcüstandakı səfirliyin nümayəndəsi Fəxri Hacıyev də diplomatik korpus adından Borçalı türklərini elat bayramı münasibəti ilə təbrik etdi. Türkiyənin Gürcüstandakı səfirliyinin muşaviri Əhməd Ərdəm, Dunya Azərbaycanlıları Konqresinin sədr müavini Temur Emilbəyli, “Zəngəzur” Cəmiyyətinin sədri Tamxil Ziyəddinoğlu, şair Mədəd Coşqun, “Borçalı Aşıqları” Cəmiyyətinin sədri Osman Əhmədoğlu və digər tanınmış simalar da ürək sözlərini bayram iştirakçıları ilə bölüşdülər.

Azərbaycandan gedən idmançılar öz idman oyunlarını tədbir iştrakçılarına nümayiş etdirdilər.

Bayramın bədii hissəsində İrandan, Azərbaycandan və Gürcüstandan gələn aşıqların muğam və mahnıları səsləndi.

 

 

 

 

 

 

 

 

 

Mail Ağaxanov Bakı-Borçalı-Bakı

 
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir