Modern.az

Mətbuat Şurası Daxili İşlər Nazirliyinə müraciət edib

Mətbuat Şurası Daxili İşlər Nazirliyinə müraciət edib

Media

30 İyul 2010, 13:04

Mətbuat Şurası “Yeni Müsavat” qəzetinin müxbiri Elmin Bədəlovun döyülməsi ilə bağlı Daxili İşlər Nazirliyinə məktubla müraciət edib. Bu barədə Modern.az saytına Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə məlumat verib. O bildirib  ki, müraciətdə hadisə pislənilib, eyni zamanda müvafiq araşdırmalar aparılması xahiş edilib.

Qeyd edək ki, hadisə iyulun 28-də reportyor Elmin Bədəlovun Şüvəlanda varlılar məhəlləsindən reportaj hazırlayarkən baş verib. Elmin Bədəlovu döyənlər ona ağır bədən xəsarəti yetiriblər, jurnalistin başı yarılıb, bədənin müxtəlif yerləri əzilib. “Yeni Müsavat” qəzetinin baş radaktoru Rauf Arifoğlunun isə Modern.az saytına açıqlamasında bildirib ki, Elmin Bədəlovu nəqliyyat naziri Ziya Məmmədovun villasından çıxan mühafizəçilər döyüb. “Yeni Musavat” qəzeti hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə və Mətbuat Şurasına mürciət edib.

 

Təhminə 

Paşayeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü