Modern.az

1 avqust «Azərbaycan əlifbası» günüdür

1 avqust «Azərbaycan əlifbası» günüdür

Mədəni̇yyət

1 Avqust 2010, 19:45

2001-ci ildən başlayaraq avqustun 1-i ölkəmizdə «Azərbaycan əlifbası» günü kimi qeyd edilir. Bu tarixin qeyd edilməsi 2001-ci il avqustun 1-dən Azərbaycan Respublikasında latın əlifbasına keçidlə bağlıdır.

Hazırda istifadə edilən latın əlifbası ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra istifadə edilib. Lakin Sovet hakimiyyətinin işğalçılıq siyasətindən sonra 70 il Azərbaycanda kiril qrafikalı əlifbadan istifadə edilib. Müstəqilliyimizin bərpasından sonra ölkədə tədricən latın qrafikalı əlifba tətbiq olunub. 2001-ci ilin 18 iyununda “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalanıb, Azərbaycanda latın qrafikalı əlifbaya keçid qətiləşib. Həmin il avqustun 9-da isə “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərman imzalanıb.

1 avqustda bir qrup gənc Bakıda «Ana dilimizi sevək, Ana dilimizi qoruyaq» şüarı ilə aksiya keçiribər. Aksiyanın təşkilatçıları bildiriblər ki, tədbirin keçirilməsində əsas məqsəd xarici dillərin tədrisinə və öyrənilməsinə qarşı çıxmaq deyil, Ana dilimizdə olan problemlərin ictimaiyyətin, xüsusən də gənclərin diqqətinə çatdırmaq və onların həlli yönündə hamını vətəndaşlıq borcunu yerinə yetirməyə çağırmaq olub.

  

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?