Modern.az

Agentləri Mossad-ın sirlərini açıb-tökürlər

Agentləri Mossad-ın sirlərini açıb-tökürlər

1 Avqust 2010, 20:00

Dubayda “Həmas” lideri Mahmud əl Mabhu sui-qəsdinin ardından diqqətləri üzərinə çəkən və dünyanın ən mərhəmətsiz kəşfiyyat təşkilatı olaraq adlandırılan MOSSAD agentləri İngiltərənin “Daily Mail” qəzetinə özəl bir açıqlama veriblər. MOSSAD-ın keçmiş şefi Efraim Halevy MOSSAD-ı İsrailin "kölgə Xarici İşlər Nazirliyi" adlandırıb.

 

MOSSAD-ın tarixi boyunca Londonu qeyri-rəsmi böyük əməliyyatlar üçün istifadə etdiyini söyləyən Efraim Halevy MOSSAD agentlərinin həmişə İsrailli diplomatlar olduğunu ifadə edib. “MOSSAD İsrailin kölgə Xarici İşlər Nazirliyidir" deyə o bildib.

 

Təşkilata agent sıxıntısının yaşandığı 1961-ci ildə qatılan Halevy "əgər bir ərəbi agent olaraq işə götürmək istəyirsənsə, bu adama Harrods mağazasından çıxarkən yanaşmaq, Qahirə, Riyad ya da Şamda sınamaqdan daha asandır" deyib.

 

“The Daily Mail” qəzetinə İsrail və İordaniyanın sülh razılaşmasını qiymətləndirmək məqsədiylə İordaniya Kralı Hüsseyn ilə də bir araya gələrək gizli bir görüşmə təşkil etdiklərini söyləyən Halevy MOSSAD agentlərinin hər vaxt İsrailin diplomatları olduğunu deyib.

 

Efraim Halevy deyib ki, İsrail baş nazirinin dünyanın hər hansı yerində biriylə edəcəyi yığıncaqda gizliliyi təmin etmək MOSSAD-ın vəzifəsidir.

 

Təl-Əvivdəki evində qəzetə açıqlama verən bir başqa agent Gad Şimron ordudan ayrıldıqdan sonra 1500 adamdan yalnız 10-nun seçildiyi MOSSAD-ın Elit Hərəkat Birliyi”ndə vəzifələymiş.

9 ay davam edən təhsilin ardından bu birlikdən məzun olan 6 adamın ən həssas örtülü əməliyyatları icra etdiyini deyən Şimron, "MOSSAD mənim kimi İsrailin itaətkar vətəndaşlarını işə götürdü. Bizə necə oğurluq ediləcəyini, öldürməyi və normal insanların edə bilmədikləri şeyləri öyrətdi" deyib.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!