Modern.az

Ərdoğan müxalifəti ittiham edir

Ərdoğan müxalifəti ittiham edir

Dünya

2 Avqust 2010, 09:45

Türkiyədə Konstitusiya dəyişiklikləri üzrə referendum yaxınlaşdıqca iqtidar-müxalifət münasibətləri gərginlik həddini aşmaqdadır. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkənin ayrı–ayrı vilayətlərində xalq qarşısında referenduma dəstək məzmunlu çıxışlarında müxalifət partiyalarını referendum tədbirini pozmaqda ittiham edib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Ərdoğan xüsusən də  ana müxalifət Cümhuriyyət Xalq Partiyasını  kəskin tənqid edib.   Ərdoğan son günlər təxribat xarakterli terror aktlarının baş aldığını deyib. “Müxalifət terror təxribatlarını bir fürsət kimi qiymətləndirərək hökumətə qarşı çıxır. “7 min terror şəhidimiz var. Əgər terror, bizim geri çəkilməyimizlə bitəcəksə, geri çəkilə bilərik. Korrupsiyanın içində olan bir iqtidar olsaq, bu qədər xarici borcu ödəyə bilməzdik. Referendumda “xeyr” dedirtmək istəyənləri xalqa həvalə edirəm”,-deyə Ərdoğan bildirib. 

 

Ərdoğan xalqı müxalifətin oyunlarına getməməyə çağırıb.  Referenduma “yox” deyən qüvvələrdən danışarkən Ərdoğan CXP, MHP kimi partiyalarla yanaşı  PKK-nın da adını çəkib.

 

Ərdoğan MHP və CXP  tərəfdarlarına səslənib. “MHP və CXP-yə səs vermiş vətəndaşlarımıza səslənirəm, vicdanlarınızın səsinə qulaq asmağınızı istəyirəm.. Sizlərin referendumda “hə” deməsini gözləyir və bunu istəyirəm. Xüsusi olaraq MHP-lilərə səslənmək istəyirəm, sizin verəcəyiniz səsin kimə nə gətirəcəyini bilərək səsinizi verin. Hər bir “hə” demokratiyaya dəvətdir, ədalətə dəvətdir, huquqa dəvətdir. Biz üzərimizə düşəni etdik, növbə sizdədir”.

  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu