Modern.az

Mübariz İbrahimovun meyitinin şəkilləri odnoklassniki.ru saytından çıxarıldı

Mübariz İbrahimovun meyitinin şəkilləri odnoklassniki.ru saytından çıxarıldı

Reportaj

4 Avqust 2010, 16:22

Ermənilər Azərbaycanı qıcıqlandırmaq üçün növbəti bir şərəfsiz addım atdılar. Azərbaycanın Milli Ordusunun şəhid giziri, Milli Qəhrəman Mübariz İbrahimovun meyitinin şəkilləri bir neçə gün öncə www.odnoklassniki.ru saytına yerləşdirildi. Düşmən bu alçaq hərəkəti ilə sanki iyunun 19-da cəbhənin Tərtər rayonunun Çaylı kəndi istiqamətindəki ağır məğlubiyyətin əvəzini çıxırdı.

Milli Qəhrəman Mübariz İbrahimovun meyitinin şəkillərinin odnoklassniki.ru saytında yerləşdirilməsi Azərbaycanda qəzəb doğurdu, Müdafiə Nazirliyi məsələyə münasibət bildirdi.
Bu saytın azərbaycanlı istifadəçiləri də öz təpkilərini nümayiş etdirdilər. Onların həmin fotoların odnoklassniki.ru-dan çıxarılması və təhqiramiz ifadələrə son qoyulması tələbiylə saytın rəhbərliyinə çoxlu icmarıclar ünvanlamaları nəticəsiz qalmadı. Bununla yanaşı, son bir neçə gündə yüzlərlə azərbaycanlı istifadəçi odnoklassniki.ru saytındakı səhifəsindən imtina etdiyini bildirdi.

Modern.az-ın məlumatına görə, avqustun 4-də Azərbaycanın Milli Ordusunun şəhid giziri, Milli Qəhrəman Mübariz İbrahimovun meyitinin şəkilləri odnoklassniki.ru saytından götürülüb.

Qeyd edək ki, Mübariz İbrahimovun cəsədinin şəkilləri odnoklassniki.ru saytına əvvəlcə TEHLER YAN, sonra isə SOGO MON niki ilə qeydiyyatdan keçmiş erməni tərəfindən yerləşdirilmişdi, orada azərbaycanlılar barəsində çoxlu təhqiramiz şərhlər də yazılmışdı.

Əməkdaşımız bu gün odnoklassniki.ru saytında axtarış apararkən şəhid gizirimizin meyitinin şəkillərinin TEHLER YAN və SOGO MON nikli erməninin profilindən çıxarıldığının şahidi olub. Bundan başqa, orada azərbaycanlılar barəsində yazılan təhqiramiz şərhlər də yığışdırılıb.
TEHLER YAN ya da SOGO MON nikli erməninin səhifəsinə isə giriş məhdudlaşdırılıb.

Şəhid Mübariz İbrahimov 2006-cı ildə Biləsuvar rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Ötən il daxili qoşun hissələrində xidmətini başa vurduqdan sonra o, gizir kimi orduda hərbi xidmətini davam etdirirdi.

M.İbrahimov iyunun 19-da cəbhənin Tərtər rayonunun Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən qəhrəmanlıqla şəhid olub olub. M.İbrahimovun təkbaşına çoxlu erməni hərbçisini öldürməsi, ermənilərin səngərini alt-üst etməsi düşməni o qədər vahimələndirib ki, ermənilər hələ də onun meyitini verməməklə qisas almağa çalışırlar.
 
M.İbrahimov ölümündən sonra Prezident tərəfindən Azərbaycanın Milli Qəhrəmanı adı alıb.

Adəm Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi