Modern.az

“Sari gəlin”in erməniləşdirilməsinin qarşısı alınıb

“Sari gəlin”in erməniləşdirilməsinin qarşısı alınıb

Mədəni̇yyət

5 Avqust 2010, 11:13

Ölkəmizin BMT yanında Daimi Nümayəndəliyindən bildiribilib ki, ABŞ-ın Nyu-York şəhərində rus dilində yayımlanan və geniş dinləyici kütləsinə malik olan “Radio Pozitiv”in iyulun 28-də efirə getmiş proqramında aparıcı Azərbaycanın “Sarı gəlin” xalq mahnısını “Qornaya Nevesta” kimi təqdim etmiş, onun ermənilərə məxsus olduğunu bildirmiş və Civan Qasparyanın ifasında səsləndirmişdir. (AzərTAc)
Buna cavab olaraq, Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi dərhal radio ilə əlaqə saxlayıb və aparıcının söylədiklərinin yanlış olduğunun, canlı efirdə “Sarı gəlin”in Azərbaycan xalq mahnısı olduğunun bildirilməsi xahiş edilib. Bu xahiş yerinə yetirilib, canlı efir zamanı qeyd edilən məqamlar dinləyicilərin diqqətinə çatdırılıb və buraxılan səhvə görə üzr istənilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı