İranın dini lideri Ayətullah Əli Xameneyi musiqinin İran İslam İnqilabı dəyərləri ilə uyğunlaşmadığını bəyan edib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı bir iranlı gənc dini liderə müraciət edərək musiqi dərsi almaq istədiyini və bunun İslami dəyərlərə uyğun olub-olmadığını soruşub. Dini lider isə yarırəsmi Fars agentliyi vasitəsilə ilə gəncə “musiqi halaldır. Ancaq musiqi təhsilini dəstəkləmək və ya musiqi öyrətmək müqəddəs İslam respublikası rejiminin yuksək dəyərləri ilə ziddiyyət təşkil edir” cavabını verib.
Dini liderin bu sözləri ölkədə İslam inqilab liderlərindən birinin 1979-cu ildən bu yana dilə gətirdiyi ən sərt mövqe kimi qiymətləndirilib.