Modern.az

Evlərimizdə yaşayan “canavarlar” (fotolar)

Evlərimizdə yaşayan “canavarlar” (fotolar)

5 Avqust 2010, 12:52

Yaşadığınız evlərdə hər gün sizinlə birlikdə olan “canavar”lardan xəbardarsınızmı?

Məşhur fotoqraf Stiv Qoşmayssner, elektron mikroskobun köməyilə evlərimizdə bizimlə yanbayan yaşayan və gözlə görünməyən həşəratların şəklini çəkərək yayımlayıb.
Londonda çıxan “Daily Mail” qəzetinin verdiyi xəbərə görə, evlərimizdə xalçaların tüklərinin arasında, divan, kreslolarda, mətbəxdə yaşayan və "mayt" adı verilən milyonlarla kiçik canlı Hollywood filmlərindəki yadplanetli varlıqlardan belə, daha qorxunc görünürlər. 
Elektron mikroskopla milyonlarla dəfə böyüdülərək çəkilən bu canlılar arasında makaron və unların içində olan cücülər daha qorxuncdur.
Gözlə gorunməyəcək qədər kiçik olan bu qorxunc cücülərlə birgə yaşadığımızı düşündükcə adamın tükləri biz-biz durur.


Modern.az


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir