Modern.az

Polşanın yeni prezidentinin andiçmə mərasiminə əsas rəqibi qatılmayıb

Polşanın yeni prezidentinin andiçmə mərasiminə əsas rəqibi qatılmayıb

6 Avqust 2010, 15:59

Bu gün Polşa Seymində yeni prezident Bronislav Komorovskinin andiçmə mərasimi keçirilib. Modern.az BBS-yə istinadən xəbər verir ki, Polşanın demokratik yolla seçilmiş 4-cü prezidenti (Lex Valensa, Aleksandr Kvasnevski, Lex Kaçinski) Bronislav Komarovski rəsmən prezident səlahiyyətlərinin icrasına başlayıb.

Komorovski Polşanın müstəqilliyi və təhlükəsizliyinin müdafiəsində möhkəm dayanacağına, ölkənin rifahı və vətəndaşların firavanlığının təmin olunmasını özünün başlıca vəzifəsi  hesab edəcəyinə and içib. Andiçmə mərasimində deputatlar və senatorlar, hökumət, din və silahlı qüvvələrin nümayəndələri, müxtəlif ölkələrdən diplomatlar, həmçinin eks prezidentlər - Lex Valensa və Aleksandr Kvasnevski də iştirak edib. Ancaq Polşanın birinci prezidenti, general Voytsex Yaruzelski və Bronislav Komorovskinin seçkidə əsas rəqibi Yaroslav Kaçinski qatılmayıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi