Modern.az

Azərbaycan jurnalistlərinin Strasburqa səfəri təşkil olunacaq

Azərbaycan jurnalistlərinin Strasburqa səfəri təşkil olunacaq

6 Oktyabr 2009, 13:12

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Quba Olimpiya Komleksində “Jurnalistlər üçün düşərgə” adlı təlim kursunin açılışı olub. Modern.azxəbər verir ki, oktyabrın 6-da mərasimin açılışında çıxış edən Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov bildirib ki, tədbir jurnalistikaya dəstək məqsədilə reallaşdırılıb. Deputatın sözlərinə görə, ölkəmizdə hər bir sahədə nailiyyətlər əldə olunub, sadəcə onların cəmiyyətə çatdırılmasında bəzi problemlər var: “Bu tədbir həmin problemlərin aradan qaldırılması üçün gənc jurnalistlərə göstərilən dəstəkdir”-deyə, F.Muradov bildirib. O, qeyd edib ki, Gənclər Təşkilatları Milli Şurası gələn il gənc jurnalistlərlə bağlı yeni layihə həyata keçirməyi planlaşdırır. Həmin layihə çərçivəsində bir qrup KİV əməkdaşının Strasburqa səfəri təşkil olunacaq, gənc jurnalistlər şəbəkəsi yaradılacaq.

Prezident Administrasiyasının ictimai-suyasi şöbəsinin baş məsləhətçisi Vüqar Səlimov hüquqi dövlət və cəmiyyət arasında əlaqələrin qurulmasında KİV-in rolundan danışıb. O, jurnalistlərin peşə etikasına əməl etmələrinin  vacibliyini önə çəkib. V.Səlimovun fikrincə, bu gün Azərbaycan jurnalistlərinin peşəkarlığının artırılması mühüm əhəmiyyət kəsb edir. Milli Televiziya və Radio Şurasının sədri Nuşrəvan Məhərəmli “Jurnalistlər üçün düşərgə” adlı təlim kursunu həm də region jurnalistikasının inkişafına dəstək hesab edib. N.Məhərrəmli KİV-in ictimai rəyə təsirini nəzərə alaraq jurnalistləri peşə fəaliyyəti zamanı məsuliyyətli olmağa çağırıb. O, bildirib ki, bu gün ölkədə jurnalistika ilə məşğul olanların sayı 5 min nəfəri ötüb: “Bununla belə jurnalistikamızda kadr problemi var. Ölkədəki universitet və institutların jurnalistika fakültələri azdır. Biz istəyirik Bakı Dövlət Universiteti növbəti ildə bu məsələyə baxsın”. Mətbuat Şurasının sədri Əflatun Amaşov da tədbirin jurnalistlərin hazırlığının artmasına kömək edəcəyini vurğulayıb. Ə.Amaşovun sözlərinə görə, Mətbuat Şurası gələn il Bakı Dövlət Universiteti ilə birgə jurnalistlərin yenidənhazırlanması layihəsini həyata keçirməyi planlaşdırır.

Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı keçirilən təlim kursunun jurnalistlərin həmrəyliyinə xidmət edəcəyinə əminliyini söyləyib. O, jurnalistlərin problemlərinə göstərdiyi diqqətə görə Gənclər Təşkilatları Milli Şurasına təşəkkür edib. Qeyd edək ki, Quba Olimpiya Komleksində təçkil oluan “Jurnalistlər üçün düşərgə” adlı təlim kursuna “Azercell” şirkəti də maliyyə dəstəyi verir. Şirkətin nümayəndəsi Fəxri Kərimli bildirib ki, jurnalistlərlə bağlı tədbirləri bundan sonra da dəstəkləməkdə davam edəcəklər.

Açılış mərasimindən sonra KİV nümayəndələri üçün təlimlər başlayıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?